Petro Poroşenko, yoxsa Vladimir Zelenski…

0
391

Ukraynada bu gün 08:00-dan 20:00-dən prezident seçkilərinin ikinci turu keçiriləcək. Ölkə başçısı postu uğrunda hazırki prezident Petro Poroşenko və şoumen Vladimir Zelenski mübarizə aparacaqlar.

MSK-nın məlumatına görə, 29989 seçki məntəqəsində 26 milyondan çox insan səs verə biləcək.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu – martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermənin nəticəsi olaraq Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçib. İlk turda Zelenski 30,24%, Poroşenko isə – 15,95% səs toplayıb.