Petr Poroşenko Ukraynanın Prezidenti seçilib

0
508
Ukraynada prezident seçkiləri sona çatıb. Seçkilərin ilkin nəticələrinə görə,  iş adamı Petr Poroşenko qalib gəlib. O, 55,70 % səs toplayıb. Yuliya Timoşenko isə 12,9 % səslə ikinci yerdə qərarlaşıb.
Petro Poroşenko seçkilərdə qalib gəldikdən sonra yaxın müttəfiqi, Vitali Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib.

Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib. Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq. Qanun qoruyucuları seçki məntəqələrində və ictimai yerlərdə xidmət aparırlar.

Ukrayna daxili işlər nazirinin məsləhətçisi Stanislav Reçinski prezident seçkilərində təhlükəsizliyin qorunmasına 82 min qanun keşikçisinin cəlb olunduğunu bildirib.

“Seçkilərin keçirilməsi zamanı və ictimai asayişin təhlükəsizliyinin mühafizəsi olunması məqsədi ilə hüquq-mühafizə orqanlarının 82 min 78 işçisi və ictimai formalaşmaların 17 min 528 üzvü cəlb edilib”, – deyə Reçinski bildirib.

O qeyd edib ki, seçki məntəqələrində bilavasitə 64 min 264 insan xidmət aparıb. Onlardan 49 min 525 daxili işlərin orqanlarının əməkdaşı, 14 min 569 fövqəladə vəziyyətlərin aradan qaldırılma nazirliyin əməkdaşları və 170 nəfər vergi milisinin əməkdaşı olub.

Ukraynada keçirilən prezident seçkilərinin qalibi Pyotr Poroşenko Rusiya Prezidenti Vladimir Putinlə iyun ayının birinci yarısında görüşə biləcəyini deyib.

Poroşenko V. Putinlə bir-birlərini yaxşı tanıdıqlarını bildirib: “Mən ümid edirəm ki, ilk görüşdə nəticə əldə olunacaq. Biz cənab Putinlə bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Düşünürəm ki, ilk görüş çox vacib nəticə verəcək”.

Bu arada isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin hər hansı vasitəçiliyi olmadan Ukraynanın yeni Prezidenti ilə birbaşa dialoqa hazır olduqlarını açıqlayıb: “Biz Kiyev nümayəndələri ilə, Poroşenko ilə dialoqa hazırıq”.

 

Mixail Saakaşviliyə

vəzifə verilə bilər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və sabiq iqtisadiyyat naziri Kaxa Dendukidze prezident seçkilərində qalib gələn Petr Poroşenkonun komandasında yer ala bilər. Bu barədə UDAR partiyasının lideri Vitali Kliçko açıqlama verib. O bildirib ki, gələcəkdə M.Saakaşvili və K.Dendukidze prezidentin məsələhətçisi vəzifəsində çalışa bilərlər.

“Gürcüstan bizim üçün nümunədir. Bu barədə çoxları ilə müzakirələr aparmışam. Saakaşvili ilə də danışmışam. O, öz xidmətlərini təklif edib. Dendukidze ilə də söhbət etmişəm. Əminəm ki, onlardan hər biri ehtiyac yaranarsa, Ukraynanın yeni seçilmiş prezidentinə hər cür yardım edəcək”,-deyə V.Kliçko qeyd edib.

Bu arada isə Ukraynada prezident seçkilərində qalib gələn iş adamı Pyotr Poroşenkoya Avropadan təbriklər daxil olmağa başlayıb.

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ukrayna xalqını öz Prezidentini seçməsi, P. Poroşenkonu isə ilk turda seçilməsi münasibətilə təbrik edib.

T. Yaqland bildirib ki, vətəndaşların verdiyi bu dəqiq mandat Ukraynada siyasi böhranın həllində önəmli mərhələdir: “Mən inanıram ki, yeni Prezident ölkədə sülh və demokratiyanın bərqərar olması üçün qətiyyətlə hərəkət edəcək”.

Polşa Prezidenti Bronislav Komorovski isə telefonla P. Porolşenkonu təbrik edib. O, ümid etdiyini bildirib ki, seçkidən sonra Ukraynada vəziyyət sabitləşəcək. B. Komorovski P. Poroşenkonu Polşada ilk demokratik seçkilərin keçirilməsinin 25-ci ildönümü ilə əlaqədar iyunun 3-4-də keçiriləcək tədbirlərə dəvət edib. Bu tədbirlərə ABŞ Prezidenti Obama da qatılacaq.

İsveçin xarici işlər naziri Karl Bildt də P. Poroşenkonu təbik edib. O, “Twitter” səhifəsində qeyd edib ki, seçkidə qazanılan nəticə Ukrayna və Avropa üçün yaxşı nəticədir.

ABŞ Prezidenti Barak Obama Ukraynada keçirilən prezident seçkiləri başa çatan kimi bəyanatla çıxış edib.

Barak Obama: “Təxribatlara və zorakılıqlara baxmayaraq, milyonlarla ukraynalı bütün ölkə üzrə seçki məntəqələrinə gəlib”,-deyib.

Ağ Evin yaydığı bəyanatında B. Obama prezident seçkilərində səs verən Ukrayna xalqını bütün amerikalıları adından təbrik edib:

“Təxribat və zorakılıqlara baxmayaraq, milyonlarla ukraynalı bütün ölkə üzrə seçki məntəqələrinə gəlib. Hətta Rusiyanın dəstəklədiyi separatçı qrupların bütöv regionları vətəndaş hüquqlarından məhrum etməyə cəhd göstərdiyi şərqi Ukraynanın bəzi hissələrində bir çox mərd ukraynalı səs verə bilib.

Biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləməyə davam edərək Rusiyanın Krımın ilhaqı istiqamətində siyasətini rədd edirik və problemin dinc yolla həllini tapmaq üçün həm Ukrayna, həm də digər tərəfdaşlarımızla birgə çalışmağı özümüzə borc bilirik”.

 

Toqquşmalar davam edir

Ukrayna aviasiyası dünən Donetsk beynəlxalq hava limanına soxulan silahlı separatçılara və terrorçulara havadan zərbə endirib.

Bu barədə özünü “Donetsk Xalq Respublikası” adlandıran qrupun nümayəndələri “Twitter”də yazıblar. Onlar əməliyyatda 3 hərbi helikopter və 2 hərbi təyyarənin iştirak etdiyini deyiblər. Terminallardan birində yanğın başladığı bildirilir. Hava limanı fəaliyyətini dayandırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here