“Peşman deyiləm”

0
574

QVAMI MəHəBBəTOĞLU

“Kimlərə qaldı dünya” mahnısını sevə-sevə zümzümə edirik. Lakin hələ də çoxumuz bilmirik ki, həmin mahnının sözləri tanınmış şairə Zivər xanım Ağayevaya məxsusdur. O Zivər xanıma ki, şeirlərində poeziyasevərlərin ruhunu yerindən oynadır, ürəkləri fəth edir. O Zivər xanıma ki, lirikasının özəyini Vətənə, insanlara sonsuz sevgi təşkil edir. O Zivər xanıma ki…

– Zivər xanım, yazıçı və şairlər, demək olar ki, ömürlərinin bütün çağlarında belə, yazı-pozu ilə məşğul olurlar. Bəs 80 yaşlı Zivər xanım hazırda nə üzərində işləyir?
– Sözün düzü, artıq üç ildir, demək olar ki, bədii yaradıcılıqla məşğul olmuram. Hərdən qələmə aldıqlarımı da üzə çıxarmıram.
– Niyə?
– Görünür, bu mənim içimdəki küskünlükdən irəli gəlir. Bu küskünlük yaranmasaydı, son illər daha çox işləyə bilərdim. Bəlkə, bu barədə ətraflı söz açmayaq?
– Niyə kiə Yəqin, indiyədək bir rəsmi ada layiq görülməməyiniz…
– Rəsmi ad bir yana… Dəfələrlə müraciət etməyimə baxmayaraq, mən heç Prezident təqaüdü də almamışam. (Halbuki mənim də mədəni həyatımızda müəyyən xidmətlərim olub). Görünür, müraciətlərim sənətə yüksək qiymət verən Prezidentimizə, eləcə də ölkəmizin birinci xanımı Mehriban xanıma çatdırılmır. Çünki çatsa idi, çoxdan bu məsələyə əncam çəkilərdi. Axı mənim indi övladlarımın əlinə baxan vaxtım deyil. Bir də sizə bir söz deyim: bu və ya digər məsələ ilə indi də qapı döyməyi sevmirəm. Ümumiyyətlə, belə şeylər mənim təbiətimə yaddır. Bütün bunlara rəğmən, qazandığım xalq sevgisi ilə nəfəs alıram. Bu mənada ən böyük qazancım xalq sevgisi olub. Amma onu da etiraf edim ki, orta nəsillə müqayisədə gənc nəsil məni o qədər də yaxşı tanımır. Bunun da bəlli səbəbi var. Bu, hazırda istər efirdə, istərsə də ekranda ifa edilən mahnıların sözlərinin müəllifləri barədə məlumat verilməməsi ilə bağlıdır. Adi bir misal: “Necə unudum səni”, “Kimlərə qaldı dünya”, “Aldatmayaq bir-birimizi” və yaxud “Mən baharın qızıyam”, “Yaşa, Azərbaycan” mahnıları indi də dillər əzbəridir. Amma həmin mahnıların sözlərinin mənə məxsus olduğunu çox az adam bilir.
– Bəlkə, qeyd etdiyiniz sonuncu məsələdə Zivər xanımın da müəyyən mənada, əgər belə demək mümkünsə, günahı var. Belə ki, “Yaşa, mənim xalqım”, “Ana torpaq”, “Axtarır gözüm səni”, “Darıxıram”, “Dünya”, “Sən olmasan”, “Xoşum gəlir”, “Unuda bilmirəm”, “Bülbülüm”, “Göyçək qızım” və sairə populyar mahnıların sözləri də sizin qələminizin məhsuludur. Zivər xanım müxtəlif müğənnilərin ifa etdikləri həmin mahnıların hamısını bir diskdə toplayıbmıə Səhv etmirəmsə, tanınmış bəstəkarlar sizin yüzə yaxın şeirinizə mahnı bəstələyiblər.
– Əvvəla onu deyim ki, mənim sözlərimə yazılmış mahnıların sayı yüzə yox, təxmini hesablamalarıma görə iki yüzə yaxındır. O ki qaldı, onları bir yerə toplamağa… Nə gizlədim, sözün düzü, öz yaradıcılığıma qarşı bir qədər səhlənkar olmuşam.
– Bu gün də çox mahnılar bəstələnir. Bəzən həmin mahnılarda yadda qalan bir söz belə olmur. Həmin mahnılara qulaq asanda Zivər xanım nə düşünür?
– əgər şeir zəifdirsə, bəstəkarlar belə sözlərə müraciət etməməlidirlər. Bilirsinizmi, mahnının sözləri insanı ovsunlamasa, o, ürəyə yol tapa bilməz. Ürəyə yol tapmayan mahnı isə çox yaşaya bilməz.
“Kaş dınə daha çox bağli olaydim…”
– Zivər xanım, hələlik yazı-pozu məsələlərini qoyaq bir kənara… Bəs mütaliə ilə aranız necədir?
– Sözün düzü, son zamanlar bədii kitablara o qədər də maraq göstərmirəm. Mən artıq neçə ildir ki, “Qurani-Kərim”i oxuyuram. Hər dəfə o kitabı açanda sanki daha da saflaşıram. Bu müqəddəs kitabı həmişə oxuyanda deyirəm: kaş bunu gənclik illərimdən oxuya biləydim, dinə daha çox bağlı olaydım. (Yəqin bilirsiniz, sovet dönəmində dinimiz haqqında ətraflı məlumatlar, demək olar ki, yox dərəcəsində idi). Onu da deyim ki, mən ərəb əlifbasını təkbaşına öyrənmişəm. Bu işdə mənə istiqamət verən isə Hacı Xavər xanım olub.
– Sizinlə bağlı məlumat toplayarkən hacı olduğunuzu da öyrəndim…
– Bəli, 1998-ci ildə Həcc ziyarətində olmuşam. Bundan başqa Məşhədi, Kərbəlanı da ziyarət etmişəm.

“Yoxluğunu bılə-bılə”
– Zivər xanım, həyatınız nə dərəcədə rəvan, yaxud çətin olub?
– Həyat yoldaşım anasının yas məclisinə gedərkən yol qəzasına düşərək dünyasını dəyişib. O zaman mənim 36 yaşım var idi. 3 uşaq (iki oğul, bir qız) qaldı mənim öhdəmdə… Böyüyü 15 yaşında idi. Odur ki, hər gün işdən çıxan kimi evə yollanardım. Heç iclaslara da qatılmazdım. Bir sözlə, onlara həm ata, həm də ana olmuşam. Onlara atalarının yoxluğunu hiss etdirməməyə çalışmışam. Odur ki, qızım indi də deyir ki, anam bizə elə baxıb ki, heç atasız böyüdümü hiss etməmişəm. Bir sözlə, mən ailəcanlı olmuşam. Hətta deyərdim ki, öz yaradıcılığımdan çox ailəmə vaxt sərf etmişəm. Daha çox övladlarımın tərbiyəsi, gələcəyi barədə düşünmüşəm. Bəzən elə olub ki, günlərlə lirik duyğularımı içimdə boğmuşam. Bəlkə də, elə olmasaydım, bu günədək mənim 9 yox, iyirmiyə yaxın kitabım çıxardı. Buna görə, əsla peşman da deyiləm. Çünki mənim aləmimdə ailə daha önəmlidir. Onu da deyim ki, hazırda 6 nəvəm 2 nəticəm var.
– Xalq artisti Flora xanım Kərimovanın ifasında eşitdiyim “Yoxluğunu bilə-bilə” manhnısının sözləri də sizə məxsusdur. Həmin şeiri həyat yoldaşınıza həsr etmisiniz?
– Yox, həmin şeirin yaranma tarixçəsi belədir: Flora Kərimovanın həyat yoldaşı Faiq rəhmətə gedəndə mən də yas yerinə getdim. Həmin məclisdə Flora xanımın bu itki ilə bağlı dedikləri, daha doğrusu, keçirdiyi sarsıntılar əsasında sonradan “Yoxluğunu bilə-bilə” şeirini yazdım. Şeir Floranın çox xoşuna gəldi. Tanınmış bəstəkar, bir çox mahnıları ilə ürəkləri fəth etmiş Elza xanım İbrahimova ona mahnı bəstələdi. Elza xanımın digər mahnıları kimi bu mahnı da çox uğurlu alındı. Amma mənim üçün indiyədək Elza xanımın belə mahnı duyumu sirr olaraq qalır: rusdilli olmasına, azərbaycan dilini bilməməsinə rəğmən o, dilimizin incəliklərini necə duyurduə Həyat yoldaşıma həsr etdiyim isə “Necə unudum səni”dir.
– Ən çox hansı bəstəkarla işləmisiniz?
– Hacı Xanməmmədov, Şəfiqə Axundova, Rauf Hacıyev, ələkbər Tağıyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Eldar Mansurov, Hikmət və Nailə Mirməmmədlilər, Rauf Məmmədov. Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə də sözlərimə musiqi bəstələyib, elə özləri də oxuyublar. Şövkət ələkbərova, Zaur Rzayev, Nəzakət Məmmədova, Nisə Qasımova, Baloğlan əşrəfov, Brilliant Dadaşova… kimi sənətkarların, eləcə də gənc müğənnilərin repertuarlarında mənim mahnılarım var.
– Səhv etmirəmsə, Məmmədbağır Bağırzadənin repertuarında sizin sözlərinizə yazılmış mahnılar daha çox idi…
– Elədir. Onu da deyim ki, o, sözə qarşı çox tələbkar, həm də gözəl sənətkar idi. O, öz pərəstişkarları qarşısına həmişə yeni mahnı ilə çıxmaq istəyirdi. Elə bu səbəbdən məni yeni şeirlər yazmağa ruhlandırardı. Təəssüf ki, indi belə sənətkarlar yoxdur.

“Rəssam olmaq ıstəyırdım”
– Zivər xanım, sizi poeziyaya çəkən nə olub?
– Uşaq vaxtı rəssamlığa marağım çox idi. Rəssam olmaq istəyirdim. Lakin altıncı sinifdə oxuyarkən Şövkət adlı bir rəfiqəm rəhmətə getdi. Onun qəfil ölümü məni çox təsirləndirdi. Və başladım onunla bağlı bayatılar yazmağa. Bir də baxdım gördüm ki, bir qalın dəftər həcmində şeiriyyatım var. Lakin bu istedadımın fərqinə varmadım. Beləcə, Bakı Tibb Texnikumunda təhsil aldım. Ailə qurandan sonra isə poeziyaya olan maraq mənə güc gəldi və mən Azərbaycan Pedaqoji İnstitutunun – indiki N. Tusi adına Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil oldum. Elə bu ali məktəbdə oxuyarkən şeirlərim müxtəlif mətbuat orqanlarında dərc olunardı, radioda səsləndirilərdi. Ali təhsili başa vuranda hörmətli yazıçımız Xalidə Hasilova məni rəhbərlik etdiyi “Azərbaycan qadını” jurnalında işləməyə dəvət etdi. Elə həmin vaxtdan təqaüdə çıxanadək “Azərbaycan qadını”nın poeziya, məktublar şöbəsinin müdiri kimi fəaliyyət göstərdim.
– Bugünkü “Azərbaycan qadını” barədə nə deyə bilərsiniz?
– Sözün düzü, xeyli vaxtdır ki, həmin jurnalla əlaqəm yoxdur…
– Hərdən “Kaş rəssam olaydım” deyə düşünürsünüzmü?
– Nə gizlədim, mənə elə gəlir ki, hisslərimi, duyğularımı şeirlə tamamlaya bilmirəm. Odur ki, hərdən fikirləşirəm ki, rəssam olsaydım, duyğularımı rənglərin dili ilə daha təsirli verə bilərdim. Amma seçimimə görə peşman deyiləm.
– Bəs yaradıcılığınıza hansı yazarların təsiri olub?
– Aşıq ələsgərin, Səməd Vurğunun… Mənim poeziya dünyamda isə Hüseyn Arifin xüsusi yeri var.
– Bəs müasir yazarlardan kimlərə maraq göstərirsiniz?
– Sözün düzü, mən yeni yazarları başa düşməkdə çətinlik çəkirəm. Bir söz deyəndə də deyirlər ki, guya fəlsəfi şeirlərdir. Bir sözlə, onların bəzilərinin yazdıqları mənim aləmimdə sağ əllə sol qulağı qaşımaq kimi bir şeydir.

“Mən heç bır dəvətdən qaçmiram”
– Zivər xanım son illər həm də ekranlarda az görünən şəxslərdəndir… Sizə elə gəlmirmi ki, bu günün gənclərinin sizin məsləhətlərinizə daha çox ehtiyacı var?
– Mən heç bir dəvətdən qaçmıram…
– Sizin fikrinizcə, bizim cəmiyyətin mənəvi əxlaqının qorunmasında ən çox hansı amillər nəzərə alınmalıdır?
– Bəri başdan deyim ki, bu gün mənəviyyatdan elə adamlar danışırlar ki, adam mat-məəttəl qalır. O ki qaldı, konkret sualınıza… Mənəvi əxlaqın qorunması ailədən başlanmalıdır. Unutmayaq ki, ailə cəmiyyətin ən önəmli bir qurumudur. Bu qurumun möhkəm təməllər üzərində qurulmasında qadın daha çox cəfakeş olmalıdır. Yəni demək istədiyim budur ki, bu və ya digər problem yarananda belə qadın güzəştə getməyi bacarmalıdır.
– Son illər kimlərlə əlaqə saxlayırsınızə Fikirlərinizi kimlərlə bölüşürsünüz?
– Mənim ən yaxın sirdaşlarım professor Maarifə Hacıyeva və dosent Rima Fətizadədir. Onlarla danışanda daha çox yaşamaq istəyirəm. Bir zamanlar isə əzizə xanım Cəfərzadə, eləcə də Şəfiqə xanım Axundova ilə, əgər belə demək mümkünsə, dərdləşirdim.
– Zivər xanım, sizin Milli Qəhrəman Salatın əsgərovaya həsr olunmuş “Salatın” adlı bir pyesiniz də var. Nə əcəb onu səhnələşdirməyə cəhd etməmisiniz?
– İşlədiyimiz redaksiyalar eyni – “Azərbaycan” nəşriyyatında yerləşirdi. Onu orada iki-üç dəfə görmüşdüm. O, millətinə böyük məhəbbəti olan bir insan idi. Salatının faciəli ölümü məni sarsıtdı. Bu əsərdə təkcə Salatını yox, müharibə dövründə qəhrəmanlıq göstərən bir çox qızlarımızın simasını ümumiləşdirmişəm. Sözün düzü, həmin pyesi televiziya üçün hazırlamışdım. Lakin sponsor tapılmadığına görə o, ekranlaşdırılmadı.

“Axar sular gerı dönməz”
– Maşallah, bu yaşda gümrah görünürsünüz. Belə gümrah qalmağınızda ailənizə, yoxsa bədii yaradıcılığınıza minnətdarsınız?
– İlk növbədə ailəmə, sonra da yaradıcılığıma…
– Zivər xanım, nə vaxtsa öz həyat yolunuzla bağlı bir kitab ərsəyə gətirmək niyyətiniz varmı?
– Sözün düzü, yox…
– Belə çıxır ki, bir neçə ilə əvvəl nəşr olunmuş “Axar sular geri dönməz” kitabı sizin oxucularınızla son görüşünüz idi.
– Belə demək olar…
– Boya-başa çatdığınız Hacıqabulla əlaqəniz varmı?
– Təbii ki, boya-başa çatdığım Qarasu, Muğan kəndləri mənə əzizdir. (Onu da deyim ki, mən əslən Ağsudanam). Hərdən o yerlərlə bağlı xatirələrim gözlərim önümdə canlanır. Lakin nədənsə Hacıqabulda tədbirlər keçiriləndə məni yada salan olmur.
– Gələn ilin mayında 80 yaşınız tamam olacaq. Rəsmi bir ada layiq görüləcəyinizə ümidiniz varmı?
– Ümid həmişə var…
– Zivər xanım, ömrünüzün hansı illərini yenidən yaşamaq istərdiniz?
– Unutmayın ki, ömür axar su kimidir, axar sular isə geri dönməz. Çalışıb bu ömrü elə yaşamaq lazımdır ki, dönüb geri baxanda xəcalət çəkməyəsən. İnsanı yaşadan onun saf əməlləri, xeyirxahlığı və onu da deyim ki, nəfsinə sahib çıxmasıdır. Hər kəs bilməlidir ki, o, bu dünyada gəldi-gedərdi.
…Söhbətimizin bu məqamında televiziyada Məmmədbağır Bağırzadənin ifasında səslənən bir mahnı bizi susmağa məcbur etdi:
Kimlərə qaldı dünya,
Dolub-boşaldı dünya.
Olmadı sirrin açan,
Sehirli qaldı dünya…

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here