Pentaqondan Yaxın Şərqdə uzunmüddətli müharibə xəbərdarlığı

642
“İslam dövləti” qruplaşmasına qarşı müharibə illərlə çəkə bilər. Bunu Pentaqonun nümayəndəsi Con Kirbi deyib. Onun sözlərinə görə, qruplaşmanın Suriyadakı mövqelərinə aviazərbələrin endirilməsi onun gücünü xeyli sarsıdıb: “Düşünürəm ki, məqsədimizə çatmışıq”. C. Kirbi qeyd edib ki, “İslam dövləti” bölgə və dünya üçün ciddi təhlükədir: “Bu qruplaşmanı bir neçə ay ərzində məhv etmək çətindir. Bu mübarizə illərlə uzana bilər”.
“Cəbhət ən-Nüsra”nın lideri Əbu Yusif Əl Türki öldürülüb

Suriyada terrorçulara qarşı keçirilən hərbi əməliyyat zamanı Türkiyə vətəndaşı, “Cəbhət ən-Nüsra” terror təşkilatının liderlərindən biri olan Ümit Yaşar Toprak öldürülüb. Toprak terrorçular arasında Əbu Yusif Əl Türki adı ilə tanınırdı. Əvvəllər Toprak ABŞ-ın sabiq dövlət başçısı Corc Buşun 2004-cü ildə Türkiyəyə səfəri zamanı ona qarşı sui-qəsdin hazırlanmasında şübhəli bilinirdi. Sentyarın 23-də Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, ABŞ “İslam Dövləti” qruplaşmasının Suriyadakı mövqelərinə aviazərbələr endirməyə başlayıb.

Sentyabrın 11-də Prezident Barak Obama “İslam Dövləti” terror təşkilatının yaraqlıları ilə mübarizə strategiyasını elan edib. O qeyd edib ki, hazırda yerüstü əməliyyatlar planlaşdırılmır. Lakin aviazərbələr təkcə İarqda deyil, Suriyadakı terrorçulara da endiriləcək.

Pan Gi Mun: “İslam Dövləti”nin terror əməllərinin qarşısı alınmalıdır”

“Terrorla mübarizə BMT Baş Assambleyasının gündəmində olan ən vacib məsələdir”. Bunu BMT baş katibi Pan Gi Mun “Euronews”a müsahibəsində deyib. O qeyd edib ki, “İslam Dövləti”nin terror əməlləri bütün bəşəriyyət üçün ciddi təhlükə qaynağıdır. Digər problemlərə gəldikdə, Pan Gi Mun iqlim dəyişikliyi və “Ebola” epidemiyası ilə mübarizəni önə çəkərək bu kimi məsələlərin həlli üçün siyasi iradənin və qüvvələrin səfərbər edilməsinin vacibliyini vurğulayıb.