Pentaqon UNO təsvirli uçuş videogörüntülərini rəsmən paylaşıb

0
168

Bu həftə ABŞ Müdafiə Nazirliyi bir neçə il əvvəl internetdə yayılmış videogörüntüləri təsdiqləyib və rəsmi olaraq üç qısa video paylaşıb.

2004-cü ilin təlim uçuşlarının videogörüntülərində yüksək sürətlə hərəkət edən naməlum uçan obyekti görmək mümkündür. Obyekt qırıcı təyyarənin infraqırmızı kameraları vasitəsi ilə qeydə alınıb. Pilotlar əvvəlcə ekranda dron görüntüsünün olduğunu düşünsələr də, sonra bunun UNO olduğu təsdiqlənib.

Bu barədə rəsmi bəyanat, pres-reliz və videoçarxlar bazar ertəsi günü Pentaqonun rəsmi saytında dərc olunub.

Xatırladaq ki, videogörüntünün həqiqiliyi ABŞ Hərbi Dəniz Donanması tərəfindən keçən il təsdiqlənib. Amma “görüntülərin real olub-olmaması və ya videoda başqa nəyinsə olması ilə bağlı ictimaiyyətdə yaranmış hər hansı yanlış fikirlərə aydınlıq gətirmək” üçün Pentaqon bu videonu məhz indi paylaşıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotlarından biri – UNO-nun kadrlarını lentə almış Devid Fravor ötən il CNN telekanalında çıxış edib. Devid bildirib ki, naməlum obyektin yaxınlığına uçarkən o, qəfil sürətini artıraraq tennis stolundan sıçrayan top kimi heç iki saniyə keçməmiş yoxa çıxıb.

Müdafiə Nazirliyinin nümayəndəsi Siyu Qof deyb: “Pentaqon hadisəni diqqətlə təhlil edəndən sonra bu videogörüntünün icazəli yayımının heç bir həssas imkanı və ya sistemi üzə çıxarmayacağı və onun hava məkanına naməlum vasitələrlə hərbi müdaxilədən sonrakı hər hansı araşdırmaya mane olmayacağı qənaətinə gəlib”. azərtac