Pentaqon Rusiyanı Ukraynada təhlükəli addımlar atmaqda günahlandırıb

510
Rəsmi Vaşınqton Ukraynadakı vəziyyətlə əlaqədar Moskva ilə hərbi münaqişəyə girməyəcək. Bunu ABŞ-ın Müdafiə naziri Çak Heyqel CNN telekanalına verdiyi müsahibədə bəyan edib.
 Pentaqon başçısı Rusiyanı Ukraynada gərginliyi artıran təhlükəli addımlar atmaqda günahlandırıb və bunun rəsmi Moskva üçün nəticəsiz qalmayacağını vurğulayıb.

Bununla belə Heyqel qeyd edib ki, ABŞ Rusiya ilə müharibə aparmayacaq. O, ABŞ administrasiyasının Ukraynadakı vəziyyətlə əlaqədar seçdiyi yanaşmanı dəstəklədiyini bildirərək münaqişənin nizamlanmasında diplomatiyaya üstünlük verdiyini ifadə edib.

 

Ukrayna ordusu ən azı

100 separatçını öldürüb.

Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ukrayna hərbçiləri rəqibin texnikalarına istiqamətli ağır zərbələr endiriblər. Tımçuk həmçinin əlavə edib ki, bundan sonra bilavasitə Rusiyadan Ukraynaya açılan atəşlərin sayı artıb.

Dmitri Tımçukun sözlərinə görə, Rusiya qoşunlarının fəallığı Luqanskda xüsusilə hiss olunur: “Rusiyanın ərazisindən atılan alov saçan güllələrin sayı artıb. Ukrayna qoşunlarının mövqeləri minaatanlardan və qradlardan atəşə tutulub”.

 

Rusiyalı hərbçilər Mariupol yaxınlığındadırlar

Amerikalı jurnalistlər Ukraynanın Mariupol şəhəri yaxınlığında Rusiya hərbçilərinin və texnikasının görüntülərini çəkiblər.

”SkyNews”un müxbirinin çəkdiyi videoda Rusiya qoşunlarının zirehli maşınlardan ibarət konvoyu əks olunub. Müxbir qeyd edir ki, hərbçilər xüsusi geyimlərlə təchiz edilib və onların xüsusi döyüşçülər olduqları ehtimal olunur.

Qeyd edək ki, artıq Mariupol ətrafı ərazilər Rusiya Federasiyasının ağır artilleriyaları ilə əhatə edilib. Rusiya qoşunları Mariupola gedən yolda xeyli ərazini tutub.

Bu baş verənlərə baxmayaraq Rusiya tərəfi məlumatları təkzib edir və Ukrayna ərazisində hərbi qüvvələrinin olmadığını iddia edir.