Pensiyalarla bağlı dəyişiklik – Təfərrüatlar açıqlanıb

331

“2017-ci ildə qüvvəyə minən qanuna görə DSMF-dəki hesabında 16000 manat olmayan şəxslər yalnız 25 il stajı olduqda pensiyaya çıxa bilirdilər. Yeni qanunla bu tələb xeyli yumşaldılır və vətəndaşların vəziyyətini hətta əvvəlki dövrdən də yüngülləşdirir”. Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas Elnur Əliyev bildirib. Elnur Əliyev qanunvericiliyə edilmiş dəyişikliyi belə şərh edib:
“1. 2018-ci ilin 1 iyul tarixinə DSMF-dəki sığorta hesabında pul olan, 2019-2044-ci illərdə yaşa görə pensiyaya çıxan hər kəsə 2006-cı ilədək olan dövr üçün staj hədiyyə olunur. 2019-2020-ci illərdə pensiyaya çıxanlar üçün bu hədiyyə 25 illik staj olacaq. Yəni kim 2019-2020-ci illərdə pensiyaya çıxsa, avtomatik olaraq 25 il stajı olacaq. Həmin stajın üzərinə “hədiyyə staj” 2021-ci ildən pensiyaya çıxacaq şəxslər üçün hər il bir il olmaqla azaldılır. Yəni 2021-ci ildə pensiyaya çıxanların 2006-cı ilədək olan hədiyyə stajları artıq 24 il olacaq. “Hədiyyə staj”dan faktiki olaraq hazırda 39 yaşdan yuxarı olan şəxslər istifadə edə biləcək. 5 və daha artıq uşağı olduğuna və ya əlilliyi olan övladını böyütdüyünə görə pensiyaya tez çıxanlar da bu hədiyyədən yararlana biləcəklər.
2006-cı ilədək stajı 25 ildən çox olanlar hədiyyə stajdan imtina edib öz stajlarını hesablatdıra bilərlər. Əlilliyə və ailə başçısını itirməyə görə pensiya alacaq şəxslərə də hədiyyə staj veriləcək. Belə ki, qanuna əsasən əlilliyi olan şəxslərə və vəfat etmiş ailə başçılarına 15 yaşlarından 2006-cı ilədək olan dövr üzrə pensiya təyin edilməsi üçün qanunla tələb olunan hər ilə 4 ay staj hədiyyə olunur.
2. 2019-cu ildən əmək pensiyaları ancaq avtomatlaşdırılmış formada təyin ediləcək. Əmək kitabçasını təqdim etməyə ehtiyac olmayacaq.
3. Hədiyyə staj təkcə ağır və zərərli işlərdə işləyənlərə, dövlət orqanlarında qulluğuna görə pensiya alanlara, o cümlədən hərbçilərə və pensiya hüququ 2019-cu ildən əvvəl yaranan şəxslərə şamil olunmayacaq. Bu hədiyyə həm də sosial müavinət alanlara şamil edilməyəcək. Lakin fikrimizcə, bu hədiyyənin sosial müavinət alanlara şamil edilməməsi Konstitusiyamıza ziddir və gələcəkdə məhkəmə mübahisələrinə yol açacaq.
4. Gec müraciət etdiyinə görə pensiyaçının ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcək. 
5. Əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər (bonuslar) nəzərə alınmayacaq.
6. Hədiyyə stajdan istifadə etməyən şəxslər isə əvvəlki qaydada pensiya ala bilərlər.
7. Pensiyaçıların zərərinə olan dəyişiklik isə dövlət orqanlarında qulluğuna görə pensiya alanlara aiddir. Belə ki, əgər əvvəllər onların pensiyaları əvvəllər işlədikləri vəzifələrdə maaş artımı zamanı artım məbləğində artırdısa, indi artım tam məbləğdə deyil, qismən nəzərə alınacaq. Düzü, mən hakimlər və hərbçilər istisna olmaqla, dövlət orqanlarında qulluğa görə pensiyanın vətəndaşlara verilən pensiyadan artıq hesablanmasının həmişə əleyhinə olmuşam deyə bu dəyişikliyi də mütərəqqi hesab edirəm. Lakin bu dəyişikliyin də gələcəkdə mübahisələrə səbəb olacağını düşünürəm.
8. Beləliklə, yeni dəyişikliklərə ümumilikdə müsbət dəyişikliklər demək olar. 2017-ci ilin iyul ayında qüvvəyə minmiş pensiya hüququna dair sərt tələblər vətəndaşların xeyrinə həll olunmuş olur. Fikrimcə bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyinin ən uğurlu layihələrindən biridir və gələcək üçün də müsbət ümidlər yaradı