Pensiya yaşının artırılması ilə bağlı dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılır

491

“Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 10-da keçiriləcək”. Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının növbəti iclasının gündəliyinə 8 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

1. “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;

2. “Lisenziya və icazələr haqqında” qanuna dəyişiklik;

3. “Sərhəd Qoşunları haqqında” qanuna dəyişiklik;

4. ”Dövlət sərhəddi haqqında” qanuna dəyişiklik;

5.”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda;

6. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik;

7.”Reklam haqqında” qanuna dəyişiklik;

8. ”Əmək pensiyaları haqqında”qanuna dəyişiklik.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının martın 7-də keçirilən plenar iclasının ikinci hissəsi “8 Mart- Beynəlxalq Qadınlar Günü” münasibətilə təxirə salınmışdı.modern.az