Pekində “böyük boksçunun şortu”

657
Hər ölkənin memarlıq abidələri onun tarixi keçmişini, mədəniyyətini əks etdirir. Həm tarixin izlərini daşıyan, həm də müasirliyi özlərində birləşdirən binalar bir-birindən maraqlı xüsusiyyətlərinə görə fərqlənirlər.
– 1931-ci ildə ABŞ-da tikilən “Empayer Steyt Bildinq” 1972-ci ilə qədər dünyanın ən hündür binası hesab olunub. Hündürlüyü təxminən 448 metr olan binanın bu statusunu Dubayda inşa olunan “Bürc Xəlifə” əlindən alıb. 2004-cü ildə inşasına başlanılan bina 2010-cu ildə tamamlanıb. Tikintisi 1,5 milyard dollara başa gələn göydələnin hündürlüyü isə 828 metrdir.- Pekinin qeyr-adi binalarından biri də Milli Səhnə Sənətləri Mərkəzidir. Binaya xarici görünüşünə görə “yumurta” deyilir.

– İspaniyanın Valensiya şəhərində yerləşən Elm və İncəsənət Mərkəzi maraqlı mənzəsi ilə görənləri heyran edir. Mərkəzdə akvarium və opera səhnəsi mövcuddur.

– Dünyanın ən maraqlı memarlıq abidəsi 1882-ci ildə Barselonada inşa edilən “Müqəddəs Ailə” (La Sagrada Familia) kilsəsidir. İanələr hesabına tikilən kilsənin inşası hələ də davam etməkdədir.

– Çexiyanın Paytaxtı Praqada inşa olunan “Rəqs edən ev” (Fred and Ginger) dünyanın qeyri-adi memarlıq nümunələri sırasındadır. Görənlərə rəqs edən bina təəssüratı bağışlayan abidə Frank Qehri və Vlado Miluk tərəfindən inşa olunub.

– Çində “CCTV” televiziyasının əsas binası görünüşü ilə insanlarda maraq doğurur. Paytaxt Pekində yerləşən binanı “böyük boksçunun şortu” adlandırırlar.

– Dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi Malidə yerləşir. “Cənnə” adlanın məscidin tikintisi 1907-ci ildə başa çatıb. Sözügedən məscid Afrikanın dəyərli simvolu hesab olunur. Hər il yağan yağışların təsiri ilə böyük bir hissəsi dağılan məscid 4 min könüllü işçi tərəfindən yenidən inşa edilir.