“Pekin-2022” Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib

111

Çinin paytaxtı Pekindəki məşhur “Quş yuvası” stadionunda 13-cü Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonın çıxışından sonra Çin Xalq Respublikasının Sədri Si Cinpin Paralimpiya Oyunlarını açıq elan edib.

Açılış mərasimində “Həyatın çiçəklənməsi” adlı şou təqdim olunub. Şouda iştirak edən təxminən 800 nəfərin 30 faizi fiziki imkanları məhdud şəxslər olub. Sonra atletlərin paradı keçirilib.

Qeyd edək ki, 13-cü Qış Paralimpiya Oyunları martın 4-dən 13-dək Pekin və yaxınlıqda yerləşən Canciakou şəhərindəki 6 arenada təşkil olunacaq. 49 ölkədən olan paralimpiyaçılar 6 növ üzrə 78 medal dəsti uğrunda mübarizə aparacaq. Qış Paralimpiya Oyunlarında ilk dəfə iştirak edən Azərbaycanı Mehman Ramazanzadə təmsil edəcək. O, kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. İdmançımız martın 9-da mübarizəyə qoşulacaq. azərtac