Paytaxtdakı 172 məktəb Milli Qəhrəman və şəhidlərin adını daşıyır

366

2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Vətən müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Ramiz Vaqif oğlu Qasımovun, 88 nömrəli tam orta məktəbə Elçin Elşən oğlu Mansurovun, 48 nömrəli tam orta məktəbə Ceyhun Aydın oğlu Həsənovun, 291 nömrəli Ekologiya liseyinə isə Azad Arif oğlu Hümbətovun adı verilib.

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 172-si Milli Qəhrəman və şəhidlərimizin adını daşıyır.azərtac