“Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2019” uğurla yekunlaşıb

0
397

Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin, “Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyinin, Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində reallaşan “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2019”un ilk günü, finala qədər olan mərhələləri uğurla yekunlaşıb.

Bununla bağlı keçirilən tədbirdə  çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılovun salamlarını tədbir iştirakçılarına çatdıraraq ölkədə aparılan gənclər siyasətindən, ölkə rəhbərliyi tərəfindən gənclərin diqqət və qayğı ilə əhatə olunmalarından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədəki ximdətlərindan ətraflı söz açıb. T.Əsgərov gənclərə uğurlar arzulayaraq hər zaman öz üzərlərində iştəmələrini və öz inkişafları üçün çalışmalarını tövsiyyə edib.

Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin prorektoru Rövşən Əliyev universitetin rektoru Şahin Bayramovun səmimi salamlarını və  təbrikini tədbir iştirakçılarının diqqətinə çatdıraraq  2015-ci ildən, universitet yaranan ildən bu günə qədər görülən işlərə qısa nəzər salaraq tələbələrin istər təhsil, istərsə də ictimai inkişafına yönəlmiş tədbirlərdən söz açaraq bu istiqamətdə Mingəçevir Regional Debat Mərkəzi ilə əməkdaşlığı önəminə toxunub.

Mingəçevir şəhər Təhsil Şöbəsinin əməkdaşı Qorxmaz Abbaszadə  bu kimi tədbirlərin önəminə toxunaraq mərkəzi Təhsil Şöbəsinin müvafiq tədbirlər planına uyğun olaraq debatların məktəblilərlədə keçirməsinə dəstək olmağa dəvət edib.

Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara sertifikat verilib.

Qeyd edək ki, forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Vətəndaş Cəmiyyətində Debat IB-nin birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsi çərçivəsində keçirilir.

Esmira Hidayətova, Mingəçevir