Paşinyan öz metodu ilə devriləcək

0
43

“7 sentyabr 2018-ci il tarixində Moskvada Nikol Paşinyanla görüşərkən ermənilər arasında “qara” və “ağ”, “köhnə” və “yeni” parçalanma xətlərinin geridönüşü olmayan nəticələri barədə dərin narahatlığımı bildirdim. Bu gün də səriştəsiz bir hökumət xalqımızı parçalamağa davam edir. Yalnız bu xain hakimiyyətlərin dərhal getməsi milli ləyaqətimizi birlikdə bərpa etməyə imkan verəcək”.

Publika.az xəbər verir ki, bunu erməni biznesmen Artak Tovmasyan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti də itkin düşənlərlə bağlı heç bir praktik addım atmır, vəzifə kreslolarından isə şəxsi problemlərinin həlli üçün istifadə edirlər.

Biznesmen qeyd edib ki, Paşinyanı “taxtından” salmaq üçün onun metodundan istifadə etmək lazımdır: paytaxtın əsas küçələri bağlanmalı, nəqliyyat iflic edilməli və bundan sonra istefası tələb olunmalıdır: “Hörmətli vətəndaşlar, Nikolun artıq gücü yoxdur, bundan sonra güc hamımıza məxsusdur. Gəlin birlikdə total anarxiyaya son qoyaq. Mübarizə başladı”.