Paşinyan: “Anna, sən mürgüləyirsən?”

0
394

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Facebook”dakı canlı yayımında növbəti qəribə hadisə baş verib. alpaninfo.com “Sputnik” saytına istinadla xəbər verir ki, N. Paşinyan danışarkən onun həyat yoldaşı Anna Akopyan mürgüləyib.

Hökumət başçısı vətəndaşların könüllü inaəsi ilə Ermənistanın inkişafına yardım ideyası haqqında danışarkən birdən yan tərəfə baxaraq həyat yoldaşına deyib: “Anna, sənə maraqlı deyil? Sən mürgüləyirsən?”.

Buna cavab olaraq kadr arxasında A. Akopyanın gülüşü eşidilir. Məlum olub ki, o, həqiqətən də mürgüləyib. N. Paşinyan bunu onunla izah edib ki, A. Akopyan ABŞ-dan yenicə gəlib və çox yorğundur.