Paşinyan: 2020-ci ildə olan ordu elə 2018-ci ildə olan ordu idi

Ermənistanın baş naziri müharibədə “İsgəndər” raketlərindən istifadə edildiyini etiraf edib: “Qoy sual verilsin ki, “İsgəndər” raketi niyə partlamayıb? Və ya niyə 10% partlayıb?”

 

Ermənistanın baş naziri Nikol Paşinyan “1in.am” saytına verdiyi müsahibədə Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın müharibə və hərbi satınalmalarla bağlı açıqlamalarını şərh edib və ölkənin Silahlı Qüvvələri ilə bağlı fikirlərini açıqlayıb.

Erməni mediası xəbər verir ki, Paşinyan, Robert Köçəryanın “dövlət başçısı olsaydım, Ermənistan müharibədə məğlub olmazdı” fikrinə münasbət bildirərkən deyib ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistanın rəhbəri olmayan hər kəs bunu deyə bilər və heç kim əksini sübut edə bilməz: “Ancaq biz məğlubiyyətin səbəblərini anlamalıyıq. Bu, iki il və ya bir ay ərzində baş verən məğlubiyyətdirsə,  çox yaxşıdır, gəlin bunu qeyd edək və sübut edək”. Baş nazir qeyd edib ki, hazırda müharibə ilə bağlı bütün həqiqətləri öyrənməklə bağlı proses gedir: Müdafiə Nazirliyində və Silahlı Qüvvələrin Baş Qərargahında analitik işlər aparılır. Paşinyan 2018-ci ilin aprelində eks-prezident Serj Sarkisyanın danışıqlar prosesinin dayandığı və bundan sonra “Azərbaycanın məsələni hərbi yolla həll etməyə çalışmayacağına ümid etməməliyik” sözlərini xatırladıb: “Yəni, danışıqlar prosesi dalna dirənib və bundan sonra Azərbaycanın hücum etməyəcəyinə ümid etmək lazım deyil. Nəticə olaraq, buna qədər ümid ola bilərdik, amma bundan sonra yox. Gəlin ümumiyyətlə Qarabağ məsələsindəki danışıqlar prosesinə, hansı mərhələləri keçdiyimizə baxaq”.  Paşinyan Sarkisyanın pilotsuz təyyarələrlə bağlı itadlarına münasibət bildirərək deyib ki, silah və texnikanın satın alınması ilə bağlı planda heç bir dəyişiklik olmayıb: “Ancaq bunu qeyd etmək çox vacibdir – Baş Qərargahın keçmiş rəisi nə dedi? Razıyam, hamımız yazırıq ki, silah alınmalı idi. Bəs, bizə lazım olan yüksək keyfiyyətli avadanlıqları kim satacaq? Bu da vacib bir sualdır. Bu avadanlıqları əldə etmək yolunda müttəfiqlər və dostlar tərəfindən birmənalı şəkildə rədd edilə bilən siyasi və diplomatik addımlar atılır”

Baş nazir deyib ki, hakimiyyətə gəldikdən sonra müdafiə naziri vəzifəsinə əvvəlki hökumətlər dövründə müdafiə nazirinin müavini vəzifəsində çalışmış bir şəxsi təyin edib. Paşinyan bu addımı hərbi-siyasi vəziyyətdə orduya mənfi təsir edə biləcəyinə görə atıb: “2020-ci ildə olan ordumuz elə 2018-ci ildə olan ordu idi. Sadəcə, zabitlərin və sıravi heyətin maaşlarının artırılması, hərbi xərclərin 20% və ya daha çox artırılması kimi fərqlər istisna olmaqla”. Paşinyan deyib ki, 2018-ci ildə həyata keçirilməyən nəhəng məbləğlərlə hesablanan müqavilələr olub: “Hər kəsi tutsayqdıq, bu on milyardların aqibəti naməlum qalacaqdı. Biz məsələsni beləq oyduq ki, müqavilələr yerinə yetirilməlidir”. Paşinyan sabiq prezident Serj Sarkisyanın ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edilməməsi barədə ittihamlarına da cavab verib. Paşinyan Ermənistanın Azərbaycana qarşı “İsgəndər” əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib: “Qoy sual verilsin ki, “İsgəndər” raketi niyə partlamayıb? Və ya niyə 10% partlayıb?”.