Papa sabah Bakıda olacaq

440

Roma Papası Fransiskin dünəndən etibarən Gürcüstan səfəri başlayıb. Fransisk səfərinin ilk günü prezindent Georgi Marqvelaşvili ilə görüşüb. Daha sonra Roma Papası ictimaiyyətə, hökumət nümayəndələrinə və diplomatik korpusun nümayəndələrinə müraciətlə nitq söyləyib. Bu gün isə Papa gürcü katolikləri üçün çox mühüm hadisə olan Mixeil Mesxi adına stadionda Müqəddəs ayin həyata keçirir.

Sabah səhər saatlarında dini lider Tbilisidən Bakıya gələcək. Onun Azərbaycana səfəri Müqəddəs Məryəm kilsəsində dini ayinlə (messa) başlayacaq. Ardından pontifikin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.