Papa Bakıdakı Katolik kilsəsində çıxış edib

332

Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycana səfəri çərçivəsində messa – dini mərasim keçirmək üçün Bakıdakı Katolik Kilsəsinə gəlib. Kilsənin həyətinə toplaşanlar və mərasim iştirakçıları Roma Papasını böyük hərarətlə qarşıladılar.

Kilsə xorunun ifasında dini mahnı səsləndi. Sonra Poma Papası və dindarlar xaç çevirdilər və Tanrının şəninə dua oxudular.

Daha sonra tövbə mərasimi başlandı. Papa dindarları tövbə etməyə çağırdı. Tövbə mərasimi “Ya Rəbb, əff et!” nidası ilə başa çatdı. Kilsə himninin ifasından sonra Roma Papası və dindarlar ürəklərində dua etdilər.

Papa Fransisk giriş duası oxudu.

Giriş duasından sonra Papa Fransisk moizə etdi.

Moizə qurtardıqdan sonra dindarlar ibadət etdilər. Ümumi dua müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində oxundu.

Sonra xristianların İsa Məsihə və öz din qardaşlarına ibadət etməyə hazır olduqlarını göstərən yevxaristiya liturgiyası başlandı. İsa Məsihin cismini və qanını təcəssüm etdirən çörək və şərab gətirildi.

Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete çıxış etdi.

Mərasimdə qarşılıqlı hədiyyələr təqdim olundu.

Messa “Ave Mariya”nın təntənəli sədaları altında başa çatdı.