“Özünü “Hacı” adlandırıb, içkidən ötrü ürəyi gedənlər bunu dərk etmək istəmir”

0
359

Mövsümlə əlaqəli tələbatın artdığı pivə ilə bağlı müzakirələr davam edir. Bu dəfə yayın vazkeçilməz sərinləşdirivi içkisinin keyfiyyət məsələsini araşdırmağa çalışdıq.

Komitə pivə istehsalından xəbərsizdir…

İlkin olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrdə Dövlət Komitəsinin mətbua xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-ın sualını cavablandırıb. O qeyd edib ki, cənab prezidentin verdiyi göstərişə əsasən sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb:

“Bu baxımdan da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qanunun tələblərinə əsasən yoxlama aparmır. Yalnız şikayət daxil olarsa, müvafiq qaydada araşdırma aparıla bilər. Bu günədək pivə istehsalı ilə bağlı heç bir şikayət almamışıq”.

“Keyfiyyətsiz pivəni də “NZS pivəsi” adı ilə satırlar”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında havalar isinəndən sonra mütəmadi olaraq pivə ilə bağlı telefon şiakəyləri aldıqlarını deyir:

“Bəzən “NZS PİVƏSİ” adı altında keyfiyyətsiz pivələr satılır. Belə ki, “NZS pivəsi” əhalinin rəğbətini qazanıb. Bundan istifadə edən işbazlar fərqli tərkibli, keyfiyyətsiz pivələri də bu markanın adı ilə satırlar. Digər tərəfdən, pivələr stehlakçıya üç dadda təklif edilir. Birinci dəfə əsl pivə, ikinci dəfə köhnə pivə, üçüncü də isə su qarışdırırlar. Əhali bilməlidir ki, pivə qeyri-adi içkidir. 1 çəllək pivənin içərisinə 1 litr qıcqırmış pivə töksən o bir saata xarab ola bilər”.

“Qablaşdırılmış pivələrə kimyəvi maddələr vurulur”

Hüquq müdafiəçisiAzərbaycanda istehsal edilən pivələrin saxlanma qaydalarına düzgün riayət olunmadığını bildirir:

“Əhalinin bir iradı da pivənin saxlanma müddətilə bağlıdır. Pivənin saxlanma müddəti 21 gündür. Əhali deyir ki, yerli “Baltika” pivəsi yay aylarında çox saxlansa da qıcqırmır. Burada şübhələr yaranır ki, həmin pivələrin tərkibində arzuolunmaz maddələr var. Yəni pivənin qıcqırmaması üçün kimyəvi maddlər qatılır.

Vətəndaşların pivə içməsi arzuolunan deyil. Amma içirlərsə, ən yaxşı pivə açıq şəkildə satılandır. Qablaşdırılmış pivələrin tərkibində qatqı çoxdur”.

“Xristian təsdiq edir, amma “Hacı” yox…”

E.Hüseynov “Carlsberg Azerbaijan” şirkətinin Əməliyyat Fəaliyyəti üzrə direktor Konstantin Beluginin üzərində “0 faiz spirt” yazılan pivələrin tərkibində 0,5% səviyyəsində spirt olması açıqlamasına da münasibət bildirib:

“Sevindirici haldır ki, xristian “Hacı pivəsi”nin tərkibində spirtin olduğunu təsdiq edir, amma özünü “Hacı” adlandırıb, içkidən ötrü ürəyi gedənlər bunu dərk etmək istəmir. Mən dəfələrlə demişəm ki, pivələrin hamısında spirt var. Axı qıcqırdılan məshul hara, “spirt yoxdur” demək hara? Bu mümkünsüzdür. Bir sözlə hesab edirəm ki, bu, dindarların aldadılmasıdır”.