Oyuncaqlar üçün xəstəxana

612
Avstraliyada çox qəribə bir xəstaxana fəaliyyət göstərir. 
Burada digər xəstəxanalardan fərqli olaraq insanlar yox, oyuncaqlar müalicə olunur. 1913-cü ildə Avstraliyanın Sidney şəhərində açılan bu xəstəxana sadəcə oyuncaqlar üçün nəzərdə tutulub. Xəstəxana işçiləri bura gətirilən köhnəlmiş və ya qırılmış oyuncaqları yeniləyib sahiblərinə təhvil verirlər. İşçilər təmirdən sonra oyuncaq sahiblərinin hətta sevinc gözyaşlarına şahid olduqlarını bildiriblər. Onların fikirincə, bəzən oyuncaqlar sahibləri üçün çox dəyərli əşyaya çevrilirlər. Çünki onların hər biri ya insanın uşaqlıq xatirələrini özündə əks etdirir, ya da doğmalarının yadigarıdır. Bu xəstəxanada 3 milyondan çox oyuncaq  (gəlincik, ayi,qarışqa, maşın, təyyarə, vertolyot və.s) təmir edilib. Araşdırmalar göstərir ki, bu xəstəxana dünyadakı oyuncaq xəstəxanalarından sadəcə biridir. Xəstəxananın cərrahlarından biri olan Geof Chapman bu işlə məşğul olanların sayının getdikcə azaldığını bildirib. Bu peşənin atasından ona miras qaldığını deyən 67 yaşındakı Chapman təmirdən sonra oyuncaqlarını görüb sevincdən kövrələn müştəriləri gördükdə özünü çox xoşbəxt hiss etdiyini vurğulayıb. Champman “Oyuncaqlar bura gətirildiyi zaman ya bir qolu qopmuş ya da bir gözü çıxmış vəziyyətdə olur. Lakin təmirdən sonra yeni alınmış kimi olurlar”,- deyə əlavə edib. Qeyd edək ki, burada istifadə olunan alətlər cərrahların alətlərindən çox da fərqlənmir. 12 işçinin işlədiyi Oyuncaq Xəstəxanasında bir ayda təxminən 200 oyuncaq təmir edilir.