Otuz ölkənin diplomatları Quba və Qusar rayonlarında olublar

0
507

Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən otuz ölkənin diplomatik nümayəndəlikləri üçün Quba və Qusar rayonlarına infotur təşkil etmişdir. İnfotur iştirakçıları mayın 20-də Quba rayonunun zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi, adət və ənənələri ilə tanış olmuşlar.
Mayın 21-də Qusar rayonuna səfər edən xarici diplomatlar və onların ailə üzvləri əvvəlcə Şahdağ Qış-Yay Turizm kompleksinə baş çəkmiş, burada yaradılmış geniş turizm imkanları ilə maraqlanmışlar.
Daha sonra Qusar Mədəniyyət Evində qonaqlara yerli incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilmişdir. Heydər Əliyev Mərkəzində, Rəsm Qalereyasında və Tarix-Diyarşünaslıq Muzeyində olan İnfotur iştirakçıları Qusardan xoş təəssüratlarla ayrılmışlar.
Xarici diplomatları Azərbaycanın zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət və ənənələri ilə tanış etmək məqsədi daşıyan bu cür turların mütəmadi keçirilməsi nəzərdə tutulur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here