Osman Hacıbəyov anılacaq

509

Oktyabr ayının 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, Əməkdar Artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək. osTeatrın foyesində baş tutacaq sərgidə sənətkarın rol aldığı tamaşalardan fotolar nümayiş etdiriləcək. Sərgidən sonra böyük səhnədə vaxtı ilə onunla birgə çalışmış sənət dostları O.Hacıbəyovla bağlı xatirələrini bölüşəcək, sonda isə unudulmaz sənətkarın xatirəsinə ithaf olumuş dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası göstəriləcək. Məlumat üçün bildirək ki, Osman Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr os3Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrmın səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 01 oktyabr 1948-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. 1979-cu ilə qədər bu teatrda fəaliyyət göstərmişdir. Osman Hacıbəyov  El oğlu, Ayaz (“El oğlu” və “Ana”, Abdulla Şaiq), Əşrəf və Qıdı kirvə  (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Skapen (“Skapenin kələkləri”, Jan Batist Molyer), Şahbaz bəy (“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Qəmküsar (“Yarımçıq Şəkü”, Adil Babayev), Yaşar (“Yaşar”, Cəfər Cabbarlı), Elşən (“Məlik Məmməd” Ə.Abbasov), Protey (“İki veronalı”, Vilyam Şekspir), İmran, Nəsrəddin (“Anacan” və “Nəsrəddin”, Yusif Əzimzadə), Bəxtiyar (“Komsomol poeması”, İsgəndər Coşqun), Fərhad (“Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), İsgəndər xan (“Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Florindo Aritun (“İki ağanın bir nökəri”, Karlo Holdoni), Şamdan bəy (“Şamdan bəy”, Nəriman Nərimanov), Şirinbala (“Şirinbala bal yığır”, Salam Qədirzadə), Tarverdi (“Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə), Polkovnik Ferrari (“Ovod”, Etil Voyniç) və başqa rolları ilə tamaşaçıların yaddaşında əbədi qalmışdır. Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib. O, 14 iyun 1979-cu ildə Bakıda vəfat edib.