1. Linxtenşteyn: 1868-ci ildə 80 nəfərlik ordusu tərxis olunduqdan sonra ölkə bitərəf siyasət yürüdür.
2. Palau: 2013-cü ilin məlumatlarına əsasən, cəmi 21 min nəfər əhalisi olan bu ölkənin müdafiəsi ABŞ tərəfindən təmin edilir.
3. Kiribati: Bu ölkədə hərbi qüvvə saxlamaq qadağandır.
4. Qrenda: 1983-cü ildə ABŞ-ın işğalına məruz qalan ölkənin hərbi qüvvəsi ləğv edilib.
5. Marşall adaları: Adanın müdafiəsi ABŞ-ın dəniz qüvvələri tərəfindən təmin olunur.
6. Mavriki: Bu ölkədə bütün təhlükəsizlik işlərini polislər yerinə yetirir.
7. Samoa: Bu ölkənin müdafiəsi Yeni Zelandiya tərəfindən təmin edilir.
8. Kosta-Rika: 1948-ci ildə 44 gün davam edən vətəndaş müharibəsindən sonra ölkədəki ordu tamamilə tərxis edilib.
9. Nauru: Ölkənin müdafiəsi Avstraliya tərəfindən təmin edilir.
10. Vatikan: Ölkə 110 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə olunur. Şəhər isə ümumilikdə İtaliyanın himayəsi altındadır.