“Onun qalereyaya gəlişi kəşfiyyat xarakterli olub”

415

Ankarada fotosərginin açılışı mərasimində Rusiyanın Türkiyədəki səfirini qətlə yetirmiş Mövlut Mert Altıntaşın ötən həftə həmin sərgidə olduğu məlum olub. apa-nın məlumatına görə, bu barədə “Röyters” mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, “Rusiya türklərin gözü ilə” fotosərgisi dekabrın 16-dan ziyarətçilərin ixtiyarına verilib.

“Ötən cümə qalereyada açılış mərasimi keçirilib və hücum edən şəxs bu tədbirdə olub. Ola bilsin ki, onun qalereyaya gəlişi kəşfiyyat xarakterli olub”, – deyə mənbə bildirib.