“Onların tapılması üçün bütün vasitələr səfərbər olunub”

0
256

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

İlk günlərdən itkin alpinistlərin axtarışlarında iştirak edən dağçı Sirxan Məmmədov bildirib ki, hava şəraiti olduqca əlverişsizdir:

“Yağan qara baxmayaraq, hava şəraiti əlverişli olan kimi axtarışlar davam etdirilir. Onların tapılması üçün bütün vasitələr səfərbər olunub”.

26 dekabr 2017-ci il tarixində, axşam saatlarında Fövqəaldə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. Modern.az