“Onların hər ikisi də mübarizəyə kökləniblər”

495

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov şahmat tacı uğrunda mübarizənin 12-ci turu ərəfəsində norveçli Maqnus Karlsen və rusiyalı Sergey Karyakinin şanslarını dəyərləndirib. O deyib ki, belə mübarizədə Karlsen daha təcrübəlidir: “Sergeyin isə belə təcrübəsi yoxdur. Amma digər tərəfdən mənə elə gəlir ki, o, psixoloji cəhətdən mübarizəyə hazırdır. Əgər 12-ci partiya da heç-heçə başa çatsa və qalibin müəyyənləşməsi tay-brek və blitsə qalsa, çox şey ya psixoloji amildən də asılı olacaq. Ona görə də mənə elə gəlir ki, burada şanslar (bir tərəfdən Karlsenin oyun təcrübəsi, o biri tərəfdən Karyakinin psixoloji hazırlığı) bərabərdir.
Amma ekspertlər oyundan əvvəl Karlsenin asanlıqla qələbə çalacağını söyləyirdilər. Hətta Karyakini belə matçlar üçün hələ uşaq olduğunu vurğulayırdılar. Amma başa çatan 11 partiya göstərir ki, bu heç də belə deyil. Görünür onların hər ikisi də mübarizəyə kökləniblər”.
Qeyd edək ki, sonuncu partiya noyabrın 28-da keçiriləcək. Karyakin qara fiqurlarla oynayacaq. Bu partiya da heç-heçə nəticələnsə, onda şahmat tacı uğrunda tay-brek oynanılacaq. Bu, noyabrın 30-na təyin olunub.