“Onların da sevinməyə haqqı var”

520

Novruz bayramı ərəfəsində Mingəçevirdə yerləşən Uşaq evini ziyarət edənlərin ardı-arası kəsilmir. Bu gün bayram münasibəti ilə  Mingəçevir şəhər Dövlər Həmkarlar Komitəsi Uşaq Nevroloji Sanatoriyasında olan 26 uşağı bayram sovqatı ilə sevindirib. Onlara bayram sovqatını təqdim edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Mingəçevir şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva bildrib ki, bu bayram günlərində onların da sevinməyə haqqı var: “Həmkarlar Komitəsi ittifaq üzvülərinin uşaqlarına, təşkilatlara 500-ə yaxın hədiyyə paylamışıq. Bu gün Uşaq Nevroloji Sanatoriyasında olan 26 uşağa da bayram sovqatı təqdim etmişik. Onu da qeyd edim ki, bu hədiyyələr Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov tərəfindən göndərilib”.

Esmira Hidayətova, Mingəçevir.