Onlar Türkiyəyə pənah aparıblar

0
553

Tarixin müxtəlif dövrlərində ölkəsindəki təqiblərdən qaçaraq Türkiyəyə sığınan insanlar az olmayıb. Bunların arasında dövlət xadimləri, şairlər, elm adamları və s. yer alıblar. Təqdim edəcəyimiz siyahıda İsveç kralı, İran İslam Respublikasının qurucusu, Polşa milli şairi və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə kimi önəmli şəxsiyyətlərin adları var.

– İsveç Kralı XII Karl bir çox hərbi səfərlərə çıxmış təcrübəli bir komandan olub. Lakin 1707-ci ildə Rusiyanın ölkəyə hücumu nəticəsində kral taxtdan salınır. Dəmirbaş ləqəbi ilə tanınan Karl 4 min nəfərlik tərəfdaşı ilə Osmanlı İmperiyasının tərkibində olan Dimetokaya (Yunanıstanda rayon) sığınır. Sultan III Əhməddən kömək istəyən İsveç kralının Osmanlı torpaqlarında təhlükəsizliyi təmin edilir.

– Macarıstanın Habsburqlar tərəfindən istilası zamanı ölkəsindən çıxmalı olan Ferenc Rakoczi də qardaş ölkəyə pənah gətirənlər sırasındadır. Macarıstan Azadlıq Hərəkatının lideri olan Rakoczi 1718-ci ildə tərəfdaşları ilə birlikdə Təkirdağa gəlir. 18 il burada yaşayan macar lider vəfat etdikdən sonra hökumət adamlarının da tələbi ilə öz ölkəsinə aparılaraq orada dəfn olunur.

– İran İslam Respublikasının qurucusu olan Ruhullah Xomeyni Şah Pəhləviyə qarşı müxalif siyasət yürütdüyü üçün həbs olunur. Bir müddət həbsxanada qalan Xomeyni öz istəyi ilə sürgün edilir. İlk ünvanı Türkiyənin Bursa şəhəri olur. Burada 3 ay qaldıqdan sonra İraqın Nəcəf şəhərinə, oradan da Fransaya gedərək 1979-cu ilə, inqilab olana qədər sürgün həyatı yaşayır.

– Almaniyadakı sərt rejimdən qaçaraq Türkiyəyə sığınanlardan biri də məşhur memar Klemens Holzmeister olub. Avstriyalı memar Atatürkün göstərişi ilə Cümhuriyyətin yeni binalarını inşa edir. Belə ki, TBMM, Müdafiə Nazirliyi, Prezident iqamətgahı, Mərkəzi Bank, Qızılay meydanı, Güvən abidəsi və Türkiyədəki bir çox binalar onun əsərləridir. Almanlar Vyananı istila etdikdən sonra Holzmeister ölkəsini tərk edərək Türkiyəyə gəlir və İstanbul Texnik Universitetində dərs verməyə başlayır.

– İranda baş vəzir olan Cəmaləddin Məhəmməd Əfqani şahın siyasətini tənqid etdiyi üçün 1891-ci ildə ölkədən sürgün edilir. Şaha qarşı təşkil olunan sui-qəsddə adıçəkilən Əfqaninin geri qaytarılması tələb olunsa da, Sultan Əbdülhəmid onu vermir. Şimali Afrika, Rusiya və Hindistanı gəzərək panislamizm fikrinin daha da genişlənməsinə çalışır. Müxtəlif konfranslar təşkil edən Əfqani 1897-ci ildə İstanbulda vəfat edir və Şeyxlər qəbiristanlığında dəfn edilir. Daha sonra Əfqanıstan hökumətinin tələbi ilə nəşi Kabilə aparılır.

– Türkiyəyə sığınan növbəti məşhur polşalı şair Adam Mitskeviç olub. Polşanın Rusiya istilasına qarşı tab gətirməməsi şairi ölkəsini tərk etməyə məcbur edir. Osmanlı torpaqlarına pənah gətirən Mitskeviç 1855-ci ilə qədər burada yaşayır.

– Marksist inqilabçı, qızıl ordunun qurucusu və rəhbəri Lev Trotski 1933-cü ildə Stalin rejimindən qaçaraq Türkiyədə gizlənir.

– Stalin özü də ölkəni tərk edərək Osmanlıya sığınmalı olur. Belə ki, Stalin hələ gənc hərbçi olduğu dövrdə Çara qarşı təşkil olunan çevriliş uğursuz olduqdan sonra Osmanlının tərkibində olan Batumiyə qaçır. Burada dəri fabrikində işləyən Stalin Birinci Dünya müharibəsi dövründə bolşevik istilasına qatılır. Qeyd edək ki, Stalin Batumidə olduğu müddətdə Beriyaşvili adı ilə tanınır.

– Qardaş Türkiyəyə sığınanlar arasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə də var. Azərbaycan milli istiqlal hərəkatına başçılıq edən Rəsulzadə 1908-ci ildə həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana gedir. Rəsulzadənin burada inqilabi fəaliyyətinə davam etməsi çar hökumətini qorxuya salır. Buna görə də İran şahından Rəsulzadənin ölkədən çıxarılması tələb olunur. 1911-ci ildə İstanbula gələn siyasi xadim 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar olaraq əfv edilir və Azərbaycana geri qayıdır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qızıl ordunun təzyiqlərinə məruz qalır və 2 ildən sonra süqut edir. Bundan sonra Almaniyaya gedən Rəsulzadə İkinci Dünya müharibəsində yenidən Türkiyəyə gəlir. Görkəmli şəxsiyyət, siyasi xadim ömrünün sonuna qədər mühacir həyatı yaşayır və 1955-ci ildə Ankarada vəfat edir.