Onlar intellektual yarışda fərqləndilər

609

Mingəçevir Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı, şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Gənclər Evində – Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kolleclərində təhsil alan tələbələr arasında 18 oktyabr Milli Müstəqillik Gününə həsr olunmuş İntellektual yarış keçirilib. Tədbiri giriş sözü ilə Rəşad Qurbanov açaraq, 18 oktyabr Milli Müstəqillik Günü haqqında , müstəqilliyin əldə olunması və qorunub saxlanılması haqqında iştirakçılara qısa məlumat verib .

f2

Daha sonra yarışın qaydalarını izah etmək üçün söz TGT İntellektual Klubunun sədri Məmmədov Nurlan və Pedoqoji fakültə üzrə TGT sədri Məmmədov Rəşada verilib. Qaydalar izah olunduqdan sonra komandalar arsında ilk mərhələninin oyunları keçirilib. Yarışda MDU – nu 16 komanda, digər iki kolleci isə 8 komanda təmsil edib. Gərgin mübarizə ilə yaddaqalan üç mərhələ nəticəsində daha çox suala düzgün cavab verən 6 komanda final mərhələsinə vəsiqə qazanıb. Nəhayət final mərhələsidə ilk üç yerin sahibi aşağıdakı kimi sıralanıb: 1-ci yer – 8 ( səkkiz) komandası 2-ci yer – 666 komandası 3-cü yer – Fenomen komandası. Qalib olan 8 (səkkiz) komandasının üzvləri: Rəcəbov Emi, Məmədkərikova Xəyalə, İsmayılov Tural, Babazadə Aytac, Əhmədov Nurlan, İsmayılov Toğrul yarışın təşkilində əziyyəti olan hər kəsə  təşəkkür ediblər.

Esmira Hidayətova