“Onlar gələcəkdə böyük futbolçu olsalar…”

0
470

“Əvvəllər də Azərbaycan haqda yaxşı sözlər eşitmişdim. Bu ölkədə braziliyalı futbolçuların oynadığını bilirdim. Təqribən 1,5 ay öncə biz “Qəbələ” ilə futbol məktəbimin Azərbaycanda açılması barədə danışıqlara başladıq”. Bunu Bakıda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo keçirdiyi mətbuat konfransında deyib. “Əsas məqsədim akademiyaya gələn uşaqların adımı eşidərək, məşqlərə daha ciddi yanaşmalarıdır. Onlar gələcəkdə böyük futbolçu olsalar, bu, mənim uğurum olacaq və buna da sevinəcəyəm. Onların böyük klublarda oynamaq imkanları olsa, buna köməklik göstərəcəyəm. Allah mənə istedad verdi. Böyüyəndə hamıdan çox məşq edirdim. Bu da bəhrəsini verdi və bütün titulları qazandım”, – məşhur futbolçu vurğulayıb. O, “Qremio” klubunun azarkeşi olduğunu deyib və sevimli futbolçusunun adını da açıqlayıb: “Sevimli futbolçum Lionel Messidir”.