Onlar bu qaydışa çox sevinirlər

577

Cocuq Mərcanlı kəndinə səfər edərkən sakinlərlə də görüşdük. Onlar bu qaydışa görə çox sevinirlər. Kimi danışdırdıq hamsı deyir ki, Allah ermənilərə lənət eləsin ki, bu illər ərzində bizi yurd-yuvamızdan didərgin saldılar. Artıq öz torpağımızdayıq. Tikirik, əkirik, Prezidentimizin sayəsində öz yurdumuzda yaşayırıq və bu, Qarabağ torpaqlarına qayıdışımızın bir başlanğıcıdır. Ümid edirik ki, Şuşa, Laçın və digər erməni tapdağı altında olan torpaqlarımız yaxınlarda azad ediləcək.

Cocuq Mərcanlının hazırkı sakini Oktay Həziyevlə də həmsöhbət olduq. O, dedi ki, 1994-cü ildən bu kənddən çıxmadım: “Buradan heç vaxt getməyi düşünmədim, yeddi nəfərdən ibarət ailəmlə bu kənddə yaşadıq. Bura mənim döğma torpağımıdr. Burada yaşamışam, burada da öləcəyəm”.

Oktay bəyin sözlərinə görə, hələ Lələtəpə yüksəkliyi alınmamışdan əvvəl ermənilər hər gün onun yaşadığıevi gülləbaran edirdilər: “Evimin hasarı erməni güllələrindən dəlmə-deşik olmuşdu. Lakin biz düşmənlə üz-üzə dayanmaqdan qorxmadıq. Hətta uşaqlarımız da düşmən gülləsinin səsi altında yatmağa vərdiş etmişdilər. Heç nədən qorxmayaraq bu gün də sakit yaşayırıq: “Bu gün də dövlətimiz tərəfindən inşa ediən yeni 50 mənzildə hər cür şəraitimiz var. Baxın, bu evi Prezidentimiz mənə bağışladı. İçərisində hər cür şəraiti, mebeli, qazı, suyu, işığı, interneti var. Daha bundan artıq bizə nə lazımdır ki? “Aqrolizinq” QSC-nin köməkliyi ilə texniki avadanlıq da verilib. İndi evimizdə rahat yata bilirik. Onu da deyim ki, Lələtəpə yüksəkliyinin azad olunmasından sonra rahat yatırıq və evimizn qapısı hər kəsə açıqdır. Prezidentimiz İlham Əliyevin cəbhəyanı bölgələrə gəlişi, burada əsgər və zabitlərlə görüşü ruh yüksəkliyini, eləcə də tezliklə işğal olunmuş torpaqlarımızın azad olunmasına inamı daha da artırdı”.

 

Esmira Hidayətova, Mingəçevir