“On May”ın uğurlarından danışıldı

556

Uğurların ünvanı “On May” hazırlıq kurslarında bu gün valideyinlərin, müdavimlərin, müəllimlərin iştirakı ilə açılış mərasimi təşkil olunub (Baxmayaraq ki, kurs artıq 4 ildir fəaliyyət göstərir. Onlar bu günü “Bilik günü” kimi qeyd edirlər). Mərasimdə kursun ingilis dili müəlliməsi Almaz Hacıyeva çixiş edərək əldə etdikləri naliyyətlərdən söz açıb. Bildirib ki, builki qəbulda yetirmələrimiz yüksək nəticə əldə ediblər: “Bu da biz müəllimələri çox sevindirir”.

Kursun rəhbəri Ceyran xanım Sultanova öz xoş ürək sözləri ilə hər kəsi təbrik edib. Tədbirdə valideyinlər də çıxış edərək bu kurs barədə xoş sözlər deyiblər.

Kursun yetirmələrindən olan və tələbə adını qazanmış Lamiyə İbrahimova isə öz sevincini bizimlə bölüşdü: “Bir il bu kursda təhsil aldım və ali məktəbə – Mingəçevir Dövlət Universitetinə qəbul oundum. Çəkdikləri zəhmətə görə, Almaz müəlliməyə, Nabat müəlliməyə, Ruhiyyə müəlliməyə, Nürəddin müəllimə öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, kursda 20-dən artıq müəllim çalışır.

 

Tədbirin sonunda bir neçə tələbəyə kursu müvəffəqiyyətlə bitirdiklərinə görə tərifnamələr ilə təltif olunublar.

Esmira Hidayətova, Mingəçevir