“Ömrü” 2030-cu ilə qədər uzadılacaq

0
540

“Biz Neft-Qaz və Neft Kimya Kompleksi layihəsinin tikintisini bir az gecikdirdik.

Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma işləri aparmaqla onun ömrünü 2030-cu ilə qədər uzatmaq qərarına gəldik”. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib. R. Abdullayev bildirib ki, bu məqsədlə SOCAR Mərkəzi Bankdan 1,2 milyard manata yaxın kredit cəlb edib. “Gələn ildən bu işlərə başlayacağıq ki, 2017-2018-ci ilə artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun həm tutumunu artıraq, həm də “Avro-5” standartlarına uyğun məhsul istehsal edək. Bununla yanaşı, altıya yaxın qurğunun tikilməsi ilə “Azerneftyağ” zavodunun işini dayandırmağa və o ərazinin boşaldılmasına nail olacağıq. Bununla da, Bakı bulvarının ərazisi genişləndiriləcək”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here