Ölkənin iqtisadi vəziyyəti fillərin əlindədir

686
Afrikanın ən kasıb ölkələrindən olan Zimbabve iqtisadi vəziyyətini düzəltmək üçün yeni bir yol seçib. 
Milli parklarda yaşayan filləri satışa çıxarmağı planlaşdıran ölkə rəhbərliyi bununla maddi vəziyyəti yüngülləşdirməyi hədəfləyib. “Huange” adlanan milli parkda yaşayan 32 filin satılacağı ölkələr də məlumdur. Çin, Fransa və Birləşmiş Ərəb Əmirliklərinə satılacaq fillərin pulu ilə sözügedən milli parkın 2,3 milyon dollarlıq illik xərci təmin olunacaq. 13 milyon əhalisi olan Zimbabve bir müddətdir iqtisadi vəziyyəti yaxşı olmadığı üçün milli parkların ehtiyacını qarşılaya bilmir. Canlıların Qorunması Qurumunun direktoru Ceoffreys Matipano açıqlamasında satılacaq fillərin qiymətlərinin 40 min dollardan başladığını bildirib. Parkdakı ən bahalı filin isə 60 min dollar qiyməti olduğu bildirilib. Məlumat üçün deyək ki, ölkənin ən böyük parkı hesab olunan “Huange” Milli Parkı 14600  kvadratkilometrliq bir ərazini əhatə edir və 62 ədəd filə ev sahibliyi edir.

Qeyd edək ki, hər gün 200 litrə yaxın su içən fillərin bu ehtiyacını təmin etmək üçün ildə 500 min dollar maddi vəsait tələb olunur.