Ölkəmizdə uşaqlar həmişə diqqət mərkəzindədilər

508

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir Qeydiyyat şöbəsi 8 uşağa doğum haqqında şəhadətnamə verib. Bu münasibətlə Mingəçevir doğum evində mərasim təşkil olunub.

Mərasimə qatılan Mingəçevir şəhər  Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Könül Ələkbərov, şəhər icra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova çıxış edərək yeni doğulan körpələrə can sağlığı arzulayıblar. Natiqlər öz çıxışlarında bildiriblər ki, Azərbaycanda uşaqlar həmişə diqqət mərkəzində olub və bu gündə onlar diqqət mərkəzindədilər. Bildirilib ki, ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fondun Prezidenti Mehriban xanım Əliyeva uşaqlara həmişə diqqətlə yanaşıb və həmişə bildirib ki, onun ən böyük arzusu Azərbaycan uşaqlarını bəxtəvər görməkdir.

Mərasimdə 8 yeni doğulan uşaqlara, həmçinin analara hədiyyələr də təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir