Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

42

Ötən gün ölkəmizdə aparılan 12 min 325 test nəticəsində məlum olub ki, 2 min 36 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 516 min 325-ə yüksəlib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 25 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 6 min 894 nəfər təşkil edib.

Daha 1 min 45 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 484 min 604-ə yüksəldib.