Ölkəmizdə daha 367 nəfər koronavirusa yoluxub

0
172

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 367 yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib. Aktiv xəstə sayı 4463 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 386 min 898 test aparılıb. Bugünkü test sayı isə 5052-dir.