Ölkə əhalisinin sayı nə qədərdir?

0
42

lkə əhalisinin sayı ilin əvvəlindən 56292 nəfər və ya 0,6 faiz artaraq 2020-ci il dekabr ayının 1-i vəziyyətinə 10123400 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olub.

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

Ötən ilin yanvar-noyabr aylarında 32 437 nikah və 13 439 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 61 147 ölüm halı qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.