“Odessa ələ keçirilərsə, o zaman Gürcüstan da xəritədən silinə bilər”

0
423

 

Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edilən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili BBC-yə müsahibəsində Gürcüstan vətəndaşlığından imtina etdiyini, əks halda vətənində həbs cəzasına məhkum olacağını bildirib: “Tam realdır ki, Gürcüstan pasportunu saxlamaqla mən ölkəmdə nəzarət altına götürülməyə məhkumam… Mən müttəhim statusum səbəbilə Gürcüstan hüdudlarından kənarda yaşamağa məcburam”. Eks-prezident, həmçinin deyib ki, o, Odessa Gürcüstandakı vəziyyətlə sıx bağlı olduğundan bu addımı atıb: “Nə vaxtsa Odessa ələ keçirilərsə – Allah qorusun – o zaman Gürcüstan da xəritədən silinə bilər. Onları birləşdirən məhz budur. Regionun geosiyasətinə diqqətlə nəzər yetirsəniz, bu, aydın görünər.” Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko şənbə günü M.Saakaşviliyə Ukrayna vətəndaşlığı təqdim edib, bundan başqa, onun Odessa qubernatoru təyin edilməyi barədə sərəncam imzalayıb və Odessada məmurlara təqdim edib. Vətənində axtarışda olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edilməyinə baxmayaraq, Gürcüstan-Ukrayna münasibətləri korlanmayacaq. Bunu isə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi David Kereselidze söyləyib. “Biz dəfələrlə bildirmişik ki, Ukraynanın bu qərarına baxmayaraq, ikitərəfli münasibətlərdə hər hansı çətinlik yaşanmayacaq. Biz dövlət maraqları və ənənəvi tarixi dostluq və tərəfdaş münasibətlərini üstün tuturuq”, – Kereselidze bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here