“Ocaq” da siyahıya əlavə olundu

488

Sumqayıt Dövlət Dram Teatrının kollektivi məzuniyyətdən qayıtdı. Direktor İslam Həsənov, baş rejissor əməkdar artist Firudin Məhərrəmov çıxış etdilər. İclasda yeni mövsüm planlarından danışıldı.

Teatrımızın uğurlarından – .Gürcüstanda, Türkiyədə, Bakı Beynəlxalq Festivalında müvəffəqiyyətlə çıxış etməsindən söz açan direktor SDDT-nın bu mövsüm də ənənəsinə sadiq qalacağını bildirdi. Bunun üçün yaradıcı və texniki heyətə işində daha məsuliyyətli və əzmlə çalışmaları tapşırıldı. Teatrın baş rejissoru əməkdar artist F.Məhərrəmov cari ilin repertuarının müəyyənləşdirilməsi üçün digər rejissorlar – əməkdar artist Namis Şirməmmədov, Vasif Məmmədov ilə fikir mübadiləsi apardı.

Yeni mövsümdə Hüseyn Cavid yaradıcılığından, Polyak drammaturgiyasından əsərlərə müraciət olunması qərara alındı. Həmçinin T.Özakmanın “Ocaq” əsəri də siyahıya əlavə olundu. Təbii ki, azyaşlı tamaşaçı kütləsi nəzərə alınaraq Abdulla Şaiqin “Tülkü həccə gedir”, Q.Xuqayevim “Bir köpək vardı” və s. kimi uşaq tamaşaları repertuara daxil edildi. Adları qeyd olunan və plandan kənar tamaşalar Bədii Şurada müzakirəyə verildikdən sonra hazırlanacaq.

Hazırlanan tamaşalar Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunan, ən müasir tələblərə cavab verən yeni teatr ocağında teatrsevərlərə təqdim olunacaq.