“Öcalan ölümündən qorxub yoldaşlarını satdı”

507
1999-ci ildən 2002-ci ilə qədər PKK terror təşkilatının lideri olan terrorçu başı Abdullah Öcalanı sorğulayan hərbi-polis polkovnik Həsən Atilla Uğur Öcalanla əlaqədar şok açıqlamalar verib.
 Polkovnik Həsən Atilla Uğur:  “Bu şəxs Türkiyəyə gətirildikdən sonra 1999-2002-ci illər arasındakı sorğulamalarda “məni asmayın” deyə yalvarırdı. Həmin vaxtı qarşımızda sadəcə öz təşkilatını, ona görə ölmüş insanları satan Abdullah Öcalan var idi. Çox açıq şəkildə “məni asmayın, nə istəsəniz eləyərəm” deyə yalvarırdı”,- deyib.