Obama Rusiyanı tənqid etdi

387

Rusiya keçmiş şöhrətini güc vasitəsilə bərpa etmək istəyir . APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasında çıxışı zamanı bəyan edib.

“Biz görürük ki, Rusiya keçmiş şöhrətini güc vasitəsilə qaytarmağa çalışır”, – deyə Obama qeyd edib.
ABŞ prezidenti bəyanatını əsaslandıracaq heç bir təfərrüat yaxud hansısa arqument bildirməyib.