Obama “Maqnitks qanunu” aktını bütün ölkələrə şamil etdi

454

ABŞ prezidenti Barak Obama “Maqnitks qanunu” aktının bütün ölkələrə şamil edilməsi barədə qanun layihəsini imzalayıb. Bunadək akt Ağ evin fikrincə, insan haqlarının pozulmasında əlaqəsi olan Rusiya məmurlarına qarşı tətbiq edilirdi. Bundan sonra isə ABŞ administrasiyası digər ölkələrin vətəndaşlarını da sanksiya siyahısına daxil edə biləcək. Bununla belə, sanksiya ilə üzləşən hər kəs ABŞ ərazisinə daxil ola bilməyəcək, onların əmlaklarına ölkə ərazisində həbs qoyulacaq, Amerika banklarındakı hesabları isə dondurulacaq. Bu sanksiyaları yalnız ABŞ prezidenti ləğv edə bilər.