O da “Gənclər paytaxtı”na səfər edib

0
369

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 nəfər gəncin Naxçıvan Muxtar Respublikasına ekskursiyası təşkil olunub. Layihədə Gəncə şəhərinin fəal gənclərindən biri, Odlar Yurdu Gənclər Ictimai Birliyinin könüllüsü, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakultəsinin 3 kurs tələbəsi Vəliyev Ruslan da iştirak edib.

Esmira Hidayətova