Novruz ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir

360

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyev bildirib ki, iclasda 120 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.apa