Nobel Sülh mükafatı Kolumbiya Prezidentinə verilib

0
393

Bu il Nobel sülh mükafatı Kolumbiya Prezidenti Xuan Manuel Santosa verilib. Kolumbiya Prezidenti bu mükafata yerli hökumət və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında sülh sazişi imzalanmasında göstərdiyi səylərə görə layiq görülüb.
Solçu radikal FARC qruplaşması təxminən 50 ildir Kolumbiya hökumətinə qarşı silahlı mübarizə aparırdı.