Niyazi Bayramov: “Mən çox şadam ki, Mingəçevirin belə bir ziyalısı var”

991

Bu gün Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin universitetin akt zalında 80 illik yubleyi qeyd edilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovun təşəbbüsü ilə keçirilən yubiley mərasiminə universitetin professor-müəllim və tələbə heyəti, mətbuat və ictimayyət nümayəndələri də qatılıb.

Tədbirdə yubliyarı təbrik edən İcra hakimiyyətinin başçısı Niyazı Bayramov Mingəçevirdə bu vəzifədə çalışdığı müddətdə özünə Akif Hacıyev kimi gözəl dost qazandığını xüsusi vurğulayıb. O daha sonra deyib: “Akif müəllim haqqında çox danışmaq olar. Bütün həyatını təhsilə sərf edən bu insan, həm də Mingəçevirdə bir memar kimi də tanınır. Məhz onun təşəbbüsü ilə rəhbərlik etdiyi bu universitet bugünkü səviyyəyə gəlib çatıb. Mən çox şadam ki, Mingəçevirin belə bir ziyalısı var və onun kimi dostumun olmağından qürur duyuram (Yeri gəlmişkən, ümumiyyətlə, mingəçevirliləri çox sevdim, həm ziyalısı, həm də adi bir insanı mənə əzizdir). Akif müəllim uzun illər çalışdığı müddət ərzində çoxsaylı kadr yetişdirməyə müvəffəq olub. Hətta əldə etdiyim məlumata görə, unverisitetin müəllimləri bu təhsil ocağının və Akif müəllimin yetirmələridir. Buna da çox sevindim. Məncə, bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha Akif müəllimə sağalm ömür, cansağlığı arzulayıram”.

Daha sonra təhsil işçiləri adından Mingəçevir Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, “Mingəçevir işıqları”qəzetinin baş redaktoru Fərman Nəbiyev, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, Böyük Vətən Müharibəsi Veteranları şurasının Mingəçevir şəhər şöbəsinin sədri Ələm Məmmədov çıxış edərək yubilyara ən xoş arzularını çatdırıblar.

Təbriklər üçün minnətdarlığını bildirən yubliyar öz çıxışında deyib ki, məni hələ bu qədər təbrik edən olmamışdı: “Bu təşəbbüs icra başçısından gəldi. Çox sağ olsun. Mən deyərdim ki, bizim universitetin bugünkü naliyyətlərində Niyazi Bayramovun da əməyi vardır. Yəni çox icra başçıları görmüşük. Təhsilin inkişafında şəhər rəhbərliyindən çox şey asılıdır. Mən də çalışmışam ki, Azərbaycanımız üçün layiqli tələbələr yetişdirəm. Bunun üçün yenə də çalışıram. Əgər insan 80 yaşında da müdrikləşməsə, kimə, nəyə xidmət etdiyini anlamasa, ona çox təəssüf edirəm. Təbriklər üçün hər kəsə minnətdaram”.

Sonda yubilyara İcra Hakimiyyəti tərəfindən fəxri fərman və portireti hədiyyə olunub.

Esmira Hidayətova, Mingəçevir