Neymarın azarkeşə yumruq atmasının səbəbi bu imiş

420

Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymarın, komandasının “Renn” klubuna məğlubiyyətindən sonra azarkeşlərdən birinə yumruq atmasının səbəbi məlum olub.

Futbolçu bunu həmin azarkeşin özü və komanda yoldaşları haqqında nalayiq ifadələr işləyməsi ilə əlaqələndirib.

Belə ki, həmin oyundan sonra “PSJ” futbolçuları stadionu tribunadan keçməklə tərk edib. Bu vaxt həmin fanat qapıçı Canluici Buffonu əqli cəhətdən geriqalmış, Marko Berrattini isə irqçi adlandırıb. Neymarın keçdiyi görəndə isə kinayə ilə ona futbolu öyrənməyi tövsiyə edib. Bundan sonra Neymar fanata sərt reaksiya verərək ona yumruq atıb.

Bu hadisə futbol cəmiyyətlərinin diqqətindən kənar qalmayıb. Onun 5 oyundan kənarlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, Parisdə keçirilən final matçında PSJ “Renn”lə qarşılaşıb. Liqada çempionluğunu təmin edən PSJ rəqibinə penaltilər seriyasında uduzub.
Bununla da “Renn” tarixində 3-cü dəfə Fransa Kubokunun qalibi olub. 
Renn – PSJ 2:2 (penalti – 6:5)Qollar: Presnel Kimpembe, 40 (avtoqol). Edson Mekser, 66 – Dani Alves, 13. Neymar, 21.