Neftin ucuzlaşmasına hazırıq

459

Son zamanlar dünya bazarlarında xam neftin sürətlə ucuzlaşması müşahidə olunur. Ucuzlaşma neft ixrac edən digər ölkələrdə olduğu kimi, Azərbaycanda da birmənalı qarşılanmır.

Rusiya mətbuatına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev neftin ucuzlaşması ətrafında yaranan mübahisələrə aydınlıq gətirib. Prezident bildirib ki, biz neftin ucuzlaşması ilə bağlı müxtəlif ssenarilər işləyib hazırlamışıq. Bu il Azərbaycanda 3 faizlik artım gözlənildiyini deyən dövlət başçısı buna baxmayaraq, ümumi daxili məhsul hesablanarkən, əsasən qeyri-neft sektoruna diqqət yetirildiyini və orada vəziyyətin daha yaxşı olduğunu bildirib: “Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni yarıdan az təşkil edir. Büdcədə neftin qiyməti 90 dollar nəzərdə tutulub. Ötən il 100 dollar olub. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə, qiymət 90 dollar olub”.

Azərbaycan Prezidenti qeyd edib ki, iqtisadiyyatı builki səviyyəyədək inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb. “Biz çalışacağıq ki, idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən 1/3-ni təşkil etsin. Artıq onda şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda neft amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə 45 faizdir. Yəni meyil azalmağa doğru gedir”,- deyə Azərbaycan Prezidenti bidirib.

“Neftin ucuzlaşmasında yeganə mənfi hal budur ki, il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində deyib.

Bu il Azərbaycanda üç faizlik artım gözlənildiyini deyən dövlət başçısı buna baxmayaraq, ümumi daxili məhsul hesablanarkən, əsasən qeyri-neft sektoruna diqqət yetirildiyini və orada vəziyyət daha yaxşı olduğunu bildirib: “Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Büdcədə neftin qiyməti 90 dollar nəzərdə tutulub. Ötən il 100 olub. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə, qiymət 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik”.

Azərbaycan prezidenti qeyd edib ki, iqtisadiyyatı builki səviyyəyədək inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb.

“Biz çalışacağıq ki, idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən 1/3-ni təşkil etsin. Artıq onda şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda, neft amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə 45 faizdir. Yəni, meyil azalmaya doğru gedir”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident İ. Əliyev qeyd edib ki, yerli analitiklərdən dünya analitiklərindən daha ətraflı təhlil gözləmək çətindir: “Ona görə yəqin ki, onlar dünya trendi kimi ümumi proqnoza əsaslanırlar. Heç kəs nə olacağını irəlidən dəqiq deyə bilməz. Görünür, bunun üçün obyektiv səbəblər var. Axı, indiyədək heç kəs dəqiq izah edə bilmir ki, bütün bunlar nə üçün baş verib”.