“Neftçi”nin 9-cu məğlubiyyəti

492

Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulub. Keçirilən son iki qarşılaşmadan biri Sumqayıtda, digəri isə paytaxtda baş tutub. Turnir cədvəlinin qonşuları “Neftçi” və “Sumqayıt” ikinci oyun günündə meydana çıxıblar. Sonuncuların meydanında baş tutan qarşılaşma “kimyaçılar”ın qələbəsi ilə yekunlaşıb. İki cavabsız qolla qələbə qazanan Samir Abasovun yetirmələri 3 xal qazanaraq turnir cədvəlində də bir pillə irəliləyiblər. Bununl da “Neftçi” 12 oyundan 9-cu məğlubiyyətini alıb

Həftəyə paytaxt derbisi ilə yekun vurulub. Liderləri izləyən “İnter” çempionatın autsayderi AZAL-ı qəbul edib. 15 turdu qələbəyə həsrət qalan qonaqlar sensasiya yarada bilməyiblər. “Bankirlər” 3 cavabsız qolla turnir cədvəlindəki mövqeyini möhkəmlədib. Oyunun gedişində ikinci sarı vərəqə alan Brayn Fok “təyyarəçilər”i azlıqda qoyub.

Topaz Premyer Liqası

XII tur

20 noyabr (bazar)

“İnter” – AZAL – 3:0

Qırmızı vərəqə: Brayn Fok, 68 (ikinci sarı)

Qollar: Ruslan Abışov, 22 (pen.), İlkin Qırtımov, 56, Slavik Alxasov, 65

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
“İnter Arena”

“İnter”: 1. Səlahət Ağayev (k), 33. Tərlan Quliyev, 27. Adrian Skarlatake, 3. Denis Silva, 22. İlkin Qırtımov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 10. Elnur Abdullayev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 17. Abbas Hüseynov, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 98. Qara Qarayev, 99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze

AZAL: 23. Aqil Məmmədov (k), 4. Qvanzav Maqomedov, 5. Kamil Hüseynov, 15. Brayn Fok, 95. Şirməmməd Məmmədov, 7. Kamal Mirzəyev, 6. Tagim Novruzov, 10. Nuqzar Kvirtiya, 19. Elnur Süleymanov, 17. Rəşad Abdullayev, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 90.Hossein Kamelqolamitussi, 88. Mirzağa Hüseynpur, 11.Ruslan Nəsirli, 18. Ruslan Əmircanov, 21. David Canelidze, 27. Eltun Hüseynov, 3. Tural Hümbətov
Baş məşqçi: Tərlan Əhmədov

“Sumqayıt” – “Neftçi” – 2:0

Qollar: Amit Quluzadə, 3, Mirabdulla Abbasov, 75

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin Esmaeilzadə, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov

“Neftçi”: 33. Boban Baykoviç, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 20. Eltun Yaqublu, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 42. Elvin Sərkərov, 49. İbrahim Əliyev, 88. Orxan Qurbanlı

Baş məşqçi: Elxan Abdullayev

Turnir cədvəli

1. Qəbələ 12 8 4 0 27-4 28
2. Qarabağ 12 9 1 2 24-5 28
3. İnter 12 6 5 1 20-11 23
4. Zirə 12 4 2 6 10-13 14
5. Sumqayıt 12 3 4 5 11-17 13
6. Kəpəz 12 2 6 4 7-11 12
7. Neftçi 12 3 0 9 9-27 9
8. AZAL 12 0 4 8 4-24 4

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7