Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. İkinci oyun günündə sonuncu iki qarşılaşma oynanılıb.
Günün ilk matçında bakılıların duelində “İnter” AZAL-ın qonağı olub. Beynəlxalq Bankın sponsorluqdan imtinasından sonra özünə bənzəməyən “İnter” üçün belə bir ərəfədə AZAL-la qarşılaşmaq göydəndüşmə idi. Autsayder üzərindəki qələbə Zaur Svanadzenin yetirmələrini xeyli rahatlada və futbolçularda özünəinamı gerə qaytara bilərdi. Bunu yaxşı başa düşən qonaqlar ilk dəqiqədən hücuma atılmasına baxmayaraq, qələbə qolunu son dəqiqələrdə vura bilib. Kapitan Nizami Hacıyevin uzaq məsafədən qarşısıalınmaz zərbəsi “İnter”ə vacib 3 xal qazandırıb.
Turun, bəlkə də, ən maraqlı qarşılaşması Sumqayıtda baş tutub. İkinci yarını yüksək səviyyədə keçirən iki komandanın dueli prinsipial xarakter daşıyırdı. “Sumqayıt” 4-cü pilləni əldən vermək istəmirsə, heyətində köklü dəyişikliklər edərək yüksək səviyyəli oyunu ilə yenidən azarkeşlərin rəğbətini qazanan “Neftçi” məhz rəqibin yerinə göz dikib. Paytaxt təmsilçisinin üstünlüyü şəraitində keçən bu oyunun da taleyini 1 qol həll edib. 86-cı dəqiqədə Uqo Barqasın qolu yeganə olub və “Neftçi” meydanı qalib tərk edib.
Azərbaycan Premyer Liqası
XVIII tur
13 fevral
“Neftçi” – “Sumqayıt” – 1:0
Qol: Uqo Barqas, 86
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
8-ci km stadionu
İlk iki dövrədəki oyunları – 1:2, 2:0
“Neftçi”: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski, 8. Zdenek Folprext, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 11. İqnasio Herrera Fernandes, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov
Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 17. Rəhman Hacıyev, 9. Uqo Barqas, 80. Edson Kastilya, 22. Mahir Şükürov, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli
Baş məşqçi: Elxan Abdullayev
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 42. Kamran Abdullazadə, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 9. Amil Yunanov, 13. Bəhlul Mustafazadə, 18. Süleyman Əhmədov, 20. Fərhad Qıstarov, 77. Ehtiram Şahverdiyev, 74. Yusif Nəbiyev
Baş məşqçi: Samir Abasov
AZAL – “İnter” – 0:1
Qol: Nizami Hacıyev, 84
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
“AZAL Arena”
İlk iki dövrədəki oyunları – 1:3, 0:3
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 8. Sadio Tounkara, 27. Rəşad Abdullayev, 77. Arkadi Qalperin, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 17. Eltun Hüseynov, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 11. Frank Madu, 2. Elşad Manafov, 16. Feyzi Aşkan
Baş məşqçi: Tərlan Əhmədov
“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 4. Slavik Alxasov, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 33. Tərlan Quliyev, 2. Sertan Taşkın, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze
Turnir cədvəli
1. | Qarabağ | 18 | 13 | 3 | 2 | 32-8 | 42 |
2. | Qəbələ | 18 | 11 | 6 | 1 | 36-10 | 39 |
3. | İnter | 18 | 8 | 8 | 2 | 29-18 | 32 |
4. | Sumqayıt | 18 | 5 | 7 | 6 | 19-23 | 22 |
5. | Zirə | 18 | 6 | 4 | 8 | 16-20 | 22 |
6. | Neftçi | 18 | 5 | 1 | 12 | 14-33 | 16 |
7. | Kəpəz | 18 | 3 | 6 | 9 | 12-22 | 15 |
8. | AZAL | 18 | 1 | 5 | 12 | 8-32 | 8 |
Bombardirlər: Filip Ozobiç (“Qəbələ”) – 10 qol.